• $
  • €
  • ₽
  • ₺
  • £

Kamal Qılıcdaroğlu: "İndi uzlaşma zamanıdır, gəlin, birlikdə olaq"

Kamal Qılıcdaroğlu: "İndi uzlaşma zamanıdır, gəlin, birlikdə olaq"
09.06.2015 16:02
İyunun 7-də keçirilən parlament seçkilərində 24,96% səs alaraq, Türkiyə parlamentində 132 deputat yeri qazanan Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Kamal Qılıcdaroğlu koalisya hökumətinin qurlması ilə bağlı açıqlama verib.

"Report" Türkiyənin "Post"a qəzetinə istinadən xəbər verir ki, K.Qılıcdaroğlu bununla bağlı çağırış edib.  

O deyib ki, parlament seçkisində seçki baraşını aşan partiyalar təcili müzakirələrə başlamalıdırlar: "Mən sağlam düşüncəli çağırış edirəm: Bu ölkənin problemlərini həll etmək üçün təcili bir araya gəlməli və danışmalıyıq. Xalq seçki qutularında bu messajı verdi: "Bir araya gəlin". Biz siyasi liderlər emosionallıqdan əl çəkib, seçicinin verdiyi mesaja əməl etməliyik. Aramızda nə düşmənçilik, nə də dava-dalaş var. Artıq hər kəs üzərinə düşəni etməlidir".

Növbədənkənar seçkiyə münasibət bildirən, partiya sədri hesab edir ki, bu, seçiciyə hörmətsizlik olar: "Uzun sözün qısası, məsələni həll etməliyik, vaxt itirməməliyik. Seçkinin səhəri gün növbədənkənar seçkidən danışmaq iyunun 7-də xalqın ortaya qoyduğu iradəyə hörmətsizlikdir. Xalqın bizdən tələbləri budur: birincisi, zorakılıq istəmirik. İkincisi, azadlıq istəyirik. Üçüncüsü, həyat tərzimizə müdaxilə istəmirik. Dördüncüsü, siyasi partiya liderləri olaraq, ortaq məxrəcə gəlib, bizim maddi və mənəvi problemlərimizi həll edin".

Kamal Qıqlcdaroğlu Ədalət və İnkişaf Partiyası (AKP) ilə koalisiya hökuməti qurmayacaqlarını da bildirib: "Bəri başdan söyləyim ki, AKP ilə koalisiya qurmayacağıq. Niyə qurmayacağıq? Çünki ortada bir Saray vəsaiti (prezident sarayını nəzrədə tutur- "Report") var. Bunu ortadan qaldıra biləcəksənmi? Xeyir! Qurani-Kərimə lağ edən adama qarşı çıxa biləcəksənmi? Xeyir! Ona görə də biz AKP ilə qurulacaq koalisya hökumətində təmsil olunmayacağıq. CXP ilə AKP biri-birinə zidd iki partiyadır. Başqa sözlə bir yerdə olmağımız mümkün deyil. Türkiyədə vəziyyət normallaşdıqdan sonra növbədənkənar seçki keçirilə bilər. Çağırışımı yeniləyirəm: İndi uzlaşma zamanıdır, gəlin, birlikdə olaq".


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol