• $
  • €
  • ₽
  • ₺
  • £

Sovet ordusuna qarşı vuruşan məşhur aktyor öldü

Sovet ordusuna qarşı vuruşan məşhur aktyor öldü
11.06.2015 21:25
Məşhur britaniyalı aktyor, 25-dən artıq bədii filmə çəkilən Kristofer Li 93 yaşında vəfat edib.
 
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, qocaman aktyor təbii səbəblərdən həyata vida edib.
 
 
1922-ci il mayın 27-də Londonun Belqrava səmtində hərbçi ailəsində anadan olan Krostofer Li ilk rolunu 1931-ci ildə məktəb tamaşasında oynayıb. 1939-cu ildə SSRİ-Finlyandiya müharibəsi zamanı könüllü olaraq fin ordusuna yazılaraq bir neçə həftə döyüşlərdə iştirak edib. İkinci Dünya Müharibəsi zamanı isə Britaniya aviasiyasının pilotu kimi xidmət edib.

Müharibədən sonra 1948-ci ildə aktyor kurslarını bitirərək professional səhnə fəaliyyətinə başlayıb. Kristofer Li karyerası boyu 9 dəfə qraf Drakula obrazını canlandırıb. Bundan başqa, 1974-cü ildə Ceyms Bondun sərgüzəştlərindən bəhs edən "Qızıl tapançalı adam” filmində əsas mənfi rolu ifa edib.

Kristofer Linin son filmlərinə gəldikdə, o, "Ulduz müharibələri”ndə (1997-1999) qraf Duk, "Üzüklərin hakimi” (2001-2003) və Hobbit (2012-2014) trilogiyalarında kahin Saruman obrazını ifa edib.

Böyük Britaniya qarşısında xidmətlərinə görə Kristofer Li 2009-cu il noyabrın 5-də Bukinqem sarayında şahzadə Çarlz tərəfindən cəngavər titulu ilə mükafatlandırılıb. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol