• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıdan Tiflisə yeni təklif

Bakıdan Tiflisə yeni təklif
16.06.2015 15:24

Tiflis heyvanxanasından qaçan vəhşilərin tapılıb xilas edilməsi üçün bütün köməkliyi göstərə bilərik.

Güclü daşqın nəticəsində Gürcüstanın paytaxtı Tiflisdə bir çox yerlər kimi heyvanxana da dağılıb. Dağıntılar nəticəsində zooparkda saxlanılan vəhşi heyvanlar qaçıb. Dağılan zoopark rəhbərliyi heyvanlarin böyük əksəriyyətinin boğularaq öldüyünü ehtimal edir. Hazırda həmin heyvanların axtarışlarına başlanılıb. Bir çox ölkələrin zooparklarından Tiflisə dəstək və kömək təklif olunub.

Bakı Zooloji Parkından da Gürcüstanda dağılmış zooparkın heyvanlarının tapılması və xilas edilməsi üçün təkliflər edilib. Bakı zooparkının direktoru Azər Hüseynov ANS PRESS-ə gürcüstanlı həmkarlarına hər cür köməklik göstərmək imkanlarının olduğunu bildirib. Onun sözlərinə görə, bununla bağlı Tiflis zooparkının direktoru ilə telefonla danışdığını və köməklik təklif etdiyini vurğulayıb.

"Bakı zooparkının təcrübəli həkimlərimiz, mütəxəsssilərimiz var. Heyvanların tapılması, onların tutulması üçün müasir avadanlıqlarımız və texnikalarımız var. Heyvanları sakitləşdirmək üçün lazım olan dərman vasitələri də yetərincədir. Bir sözlə, biz qonşu ölkənin heyvanxanasına yardım etmək imkanına malikik", - deyə Azər Hüseynov qeyd edib.

Bundan əlavə, Bakı zooparkında Tİflisdə yerləri dağılan heyvanları müvəqqəti saxlamaq üçün şəraitdə var. Azər Hüseynovun sözlərinə görə, bu baxımdan da Tİflis heyvanxanasının direktoruna köməklik təklif edilib.

"Təbii ki, bu təkcə mənim səlahiyyətim çərçivəsində olan məsələ deyil. Ölkə rəhbərliyi məsləhət görərsə, Gürcüstan tərəfindən müraciət gələrsə, təbii ki, biz hər cür köməkliyə hazırıq. Heyvanxanamızda qaçan vəhşilərin saxlanılması üçü hər bir şərait var. Biz öz köməkliyimizi təklif etmişik", - deyə Azər Hüseynov qeyd edib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol