• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR Gürcüstanda təbii fəlakətdən zərər çəkənlərə vəsait ayırdı

SOCAR Gürcüstanda təbii fəlakətdən zərər çəkənlərə vəsait ayırdı
16.06.2015 17:55
Azərbaycan Dövlət Neft Şirkəti Tbilisi meriyasını 10 000 litrlik yanacaqla təmin edib

İyunun 13-14-də Tbilisidə baş vermiş daşqının nəticələrinin aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə şirkəti "SOCAR Energy Georgia” fəal iştirak edir.
 
SOCAR-dan "APA-Economics”ə verilən məlumata görə, təbii fəlakət zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı diləklərini birincilər sırasında bildirən "SOCAR Energy Georgia” zərər çəkmiş paytaxt sakinlərinə yardım üçün ilkin mərhələdə 50 min lari (təxminən 24 000 manat) vəsait ayırıb.
 
Bundan əlavə, Tbilisi meriyasının əhalinin sosial problemlərinin həlli ilə məşğul olan xidməti 10 000 litr yanacaqla təmin olunub. Şirkətin rəhbərliyi yardım tədbirlərinin digər variantlarını da nəzərdən keçirir.
 
Qeyd edək ki, SOCAR beynəlxalq aləmdə qəbul olunmuş ümumi qaydalara uyğun olaraq, biznes fəaliyyəti ilə məşğul olduğu ölkələrin ictimai həyatında daim yaxından iştirak edir, yerli əhalinin sosial problemlərinin həll olunmasında, maddi rifah halının yüksəldilməsində əlindən gələni əsirgəmir.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol