• $
  • €
  • ₽
  • ₺
  • £

Putin 40 nüvə raketi haqda danışdı, NATO Rusiya ilə əlaqəni tam kəsdi

Putin 40 nüvə raketi haqda danışdı, NATO Rusiya ilə əlaqəni tam kəsdi
17.06.2015 13:16
Rusiya prezidenti Vladimir Putin bu gün Müdafiə Nazirliyinin "Ordu-2015” forumunda çıxışı zamanı Qərbi qorxuya salan bəyanat verib.

Virtualaz.org saytı xəbər verir ki, Putin bu il ərzində silahlı qüvvələrə daha 40 qitələrarası ballistik raketin veriləcəyini bəyan edib.

"Bu raketlər istənilən, o cümlədən ən mükəmməl raketdən müdafiə sistemlərini dəf edə bilir”- deyə Putin bildirib.

40 qitələrarası ballistik nüvə raketinin daşıdığı başlıqlar eyni vaxtda partlasa Yer kürəsini orbitindən çıxarardı. Bura indiyədək mövcud olan nüvə arsenalı da əlavə olunsa, o zaman  Qərbdə son zamanlar Rusiyadan qaynaqlanan nüvə təhdidi barədə narahatlıqların ciddi ölçülərdə artmasını başa düşmək olar. Və Putinin son bəyanatı da Qərbdə ciddi təşvişə səbəb olub.

NATO baş katibi Yens Stoltonberq bəyan edib ki, Putin nüvə silahlı ilə hərbə-zorba gəlir.

"Bu, nüvə silahı ilə hədələməkdir və tamamilə əsassızdır”- deyə Stoltonberq Putinin bəyanatına cavab olaraq bildirib.

Baş katib Rusiya prezidentinin bəyanatını "təhlükəli və destablizə edici” adlandırıb.

"Bu, bizi öz qüvvələrimizin döyüş hazırlığını gücləndirməyə məcbur edən səbəblərdən biridir”-o, əlavə edib.

ABŞ dövlət katibi Con Kerri isə bildirib ki, Rusiyanın nüvə arsenalını 40 ballistik nüvə raketi ilə genişləndirmək planları Vaşinqtonu ciddi narahat edir.

"Bu, əlbəttə ki, məni narahat edir və narahat etməyə də bilməz. Heç kim soyuq müharibə vəziyyətinə qayıtmaq istəmir”- deyə Kerri Bostondan qatıldığı videokonfransda bildirib.

Lakin "soyuq müharibə”nin yenidən başlandığı rəsmən elan olunmasa da belə o, artıq başlayıb. Məlum olub ki, NATO Rusiya ilə ekstremal vəziyyətlərdə əlaqə yaratmaq üçün istifadə edilən rabitə kanallarını bağlayıb. Bununla da alyansla Rusiya arasında əlaqə tam kəsilmiş olub.

Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov bildirib ki, əlaqələr qarşı tərəfin təşəbbüsü ilə kəsilib.

"Bizə ancaq ekstremal vəziyyətlərdə əlaqə saxlaya biləcəyimiz kommutatorların nömrəsini veriblər, vəssalam”- Meşkov deyib.

Nazir müavini alyansın Rusiya ilə bütün əməkdaşlıq proqramlarını ləğv etdiyini də vurğulayıb. Habelə NATO Əfqanıstana və geriyə yüklərin Rusiya ərazisindən daşınmasını da tam dayandırıb.

Bu arada NATO bildirib ki, Baltik ölkələrində və Polşada quru qüvvələrinin, zirehli texnikanın yerləşdirilməsi gələn həftədən başlayacaq. Rusiya isə NATO-ya xəbərdarlıq edib ki, onun qərb sərhədlərinə qoşun cəmləşdirilməsi təhlükəli addımdır və gərginliyi daha da artıracaq.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Dünya 12:24
ABŞ bu gün İrana zərbələr endirə bilər - KİV
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
Dünya 10:58
Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb Türkiyədə dolların məzənnəsi 50 lirəni ötüb
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Dünya 09:39
ABŞ-da aralıq seçkilər: Demokratlar Konqresin hər iki palatasında nəzarəti ələ keçirir
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Dünya 09:32
Demokratlar Nümayəndələr Palatasında 193, respublikaçılar isə 114 mandat qazanıb
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol