• $
  • €
  • ₽
  • ₺
  • £

Yerevanda aksiyada tutulan 237 nəfər xuliqanlıqda ittiham olunur

Yerevanda aksiyada tutulan 237 nəfər xuliqanlıqda ittiham olunur
23.06.2015 17:46
Bu gün səhər saatlarında Yerevanda aksiyanın dağıdılması zamanı həbs olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistan Milli Konqresi fraksiyasından deputat Nikol Paşınyan bildirib.
O, saxlanılan 237 aksiya iştirakçısının xuliqanlıqda ittiham olunduğunu söyləyib.

Həbs olunan Müasir İncəsənət İnstitutunun kuratoru Taqui Torosyan telefonla bildirib ki, onu döyüb, paltarını cırıblar. O deyib ki, hazırda  polis bölməsindədir və xuliqanlıqda ittiham olunur, istintaq aparılır.

Polisin döydüyü 40 yaşlı aksiya iştirakçısı yaddaşını itirib. "Armeniya" tibbi mərkəzində ona baş-beyin travması diaqnozu qoyulub. "O, adını və harada olduğunu bilmir", - "hetg.am" saytının jurnalisti Ani Ovanesyan deyib.

Müasir İncəsənət İnstitutunun direktoru Nazaret Karoyan isə aldığı zədələrə görə, "Maarifçi Qriqori" xəstəxanasına yerləşdirilib. O deyib ki, reanimasiya şöbəsində daha iki etirazçı var.

Ölkədə ikinci böyük şəhər sayılan Gümrüdə keçirilən aksiyanin dağıdılmasında polis zorakılıq edib və 10 etirazçını tutub.

Məlumatda bildirilib ki, polis jurnalistləri küçə söyüşləri ilə təhqir edib. "Lragir.am" saytının müxbiri Temine Yenokyan təhqirə məruz qalanlardandır. Yerevan polis rəisinin müavini Karen Movsisyan isə əməkdaşının bu hərəkətinə reaksiya verməyib.

Xəbərə görə, bu gün saat 18.00-da Yerevanda "Azadlıq" meydanında etiraz aksiyası keçiriləcək. Polis səhər saatlarından meydanı mühasirəyə alıb və ora daxil olmaq qadağan edilib.

Qeyd edək ki, iyunun 19-dan Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyası keçirilir. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol