• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-dan Rusiyaya qarşı növbəti ciddi addımlar

ABŞ-dan Rusiyaya qarşı növbəti ciddi addımlar
30.06.2015 17:46

 ABŞ Maliyyə Nazirliyi yanında xarici aktivlərə nəzarət idarəsi (Office of Foreign Assets Control, OFAC) Rusiya şirkətlərinə qarşı yeni sanksiyaların qüvvəyə mindiyini açıqlayıb.

APA-nın "lenta.ru” saytına istinadən verdiyi xəbərə görə, müvafiq sənəd idarənin (OFAC) saytında yerləşdirilib. Sanksiya siyahısına ilk dəfə olaraq Rusiya dövlətinin "Qazprom”, "Qazpromneft”, "Lukoyl”, "Transneft” və "Surqutnefteqaz” kimi iri enerji şirkətlərinin adları salınıb. Sektoral sanksiyalar bu şirkətlərə Arktika şelfində, şist yataqlarında və dərin sahələrdə karbohidrogen ehtiyatlarının mənimsənilməsində istifadə olunan texnologiya və məhsulların satışını qadağan edir.      
 
Qeyd edək ki, bir gün əvvəl Kanada hökuməti 3 Rusiya vətəndaşı və 14 hüquqi şəxsə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb. Sanksiyalar Avrasiya Gənclər İttifaqının rəhbərləri Aleksandr Duqin, Pavel Kanişşev və Andrey Kovalenkoya, "Noçnıye volki” bayker klubuna, "Qazprom”, "Qazpromneft”, "Transneft”, "Surqutnefteqaz”, "Oboronprom”, "Birləşmiş Aviatikinti Korporasiyası” və digər şirkətlərə şamil olunub.
 
Xatırladaq ki, Qərbin Rusiyaya qarşı sanksiyaları Krımın ilhaqı və Donbass müharibəsi ilə əlaqədar 2014-cü ilin yazından tətbiq  olunmağa başlayıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol