• $
  • €
  • ₽
  • ₺
  • £

İran üzərindən sanksiyaların qaldırılması üçün ilkin saziş hazırdır

İran üzərindən sanksiyaların qaldırılması üçün ilkin saziş hazırdır
06.07.2015 14:20
Diplomatlar bildirirlər ki, onlar İran üzərindən sansksiyaların qaldırılma mexanizminə dair sınaq sazişinin mətnini razılaşdırıblar.

İran və dünyanın aparıcı gücləri arasında Tehran üzərindən ABŞ və Avropa sanksiyalarının qaldırılmasına dair ilkin sınaq sazişi imzalanıb, lakin tərəflər arasında İranın nüvə fəaliyyəti ilə bağlı fikir ixtilafları qalmaqdadır.

Diplomatlar bildirirlər ki, onlar İran üzərindən sansksiyaların qaldırılma mexanizminə dair sınaq sazişinin mətnini razılaşdırıblar.

Vaxt cədvəli

Bununla belə, altı Qərb dövləti İran üzərinə BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə qoyulmuş sanksiyaların qaldırılması, habelə İran şərtlərə əməl etmədiyi təqdirdə bu sanksiyaların təkrar qoyulması mexanizmi barədə də razılığa gəlməlidir.

Diplomatlar bildirirlər ki, İranla bağlı heç də bütün məsələlərə hələlik aydlınlıq gətirilməyib.

Onlar deyiblər ki, sanksiyaların qaldırılması üçün vaxt cədvəli nüvə enerjisinə dair yekun sazişinə əlavə olunacaq.

Dörd-beş məsələ

İranın baş nüvə danışıqçısı Abbas Araghchi deyib ki, sanksiyalara dair "dörd-beş məsələ” barəsində açıq qalan suallar vardır. Bunlardan biri də Tehranın öz nüvə proqramını məhdudlaşdırması ilə onun üzərindən sanksiyaların qaldırılmasının sinxronlaşdlırılması məsələsidir.

"İran üzərindən sanksiyaların qaldırılması ilə Tehranın texniki öhdəliklərinə əməl etməsinin eyni vaxtlılığına dair qəliz məsələ həllini tapmayıb” – deyib Araghchi.

Danışıqlara görə saziş əldə olunan kimi, yəni elə gələn həftə İran nüvə proqramını məhdudlaşdırmalıdır.

Tehrana "əliboş”?

Lakin Araghchi deyib ki, bu prosesə dörd ay vaxt lazım gələ bilər. O işarə vurub ki, İran sanksiyaların qaldırılmasını belə uzun müddətdə gözləmək niyyətində deyil.

Araghchi həmçinin xəbərdarlıq edib ki, danışıqlar hələ də iflasa uğraya bilər.

"Əgər biz bütün qırmızı xətlərimizə ehtiram göstərən razılaşma əldə edə bilsək saziş hasilə gələcək. Əks halda biz Tehrana əliboş qayıtmağa da hazırıq” – deyib İran rəsmisi.

Bir vəzifəli ABŞ rəsmisi jurnalistlərə deyib ki, hətta bütün məsələlər ekspertlər səviyyəsində həll ediləndən sonra da, elə məqamlar var ki, bunları nazirlər müzakirə etməli olacaqlar.

7 iyul – yeni tarix

ABŞ dövlət katibi John Kerry deyib ki, tərəflər arasında indiyədək bu qədər sıx yaxınlıq olmayıb, lakin danışıqların uğuruna hələ də tam təminat verilə bilməz.

John Kerry, habelə İranın və Çinin xarici işlər nazirləri Mohammad Javad Zarif vəWang Yi danışıqülarəın aparıldığı Vyana şəhətrini tərk etməyiblər.

Bütün səylərə baxmayaraq yekun saziş iyunun 30-dək verilmiş möhlət müddətində əldə oluna bilməyib, lakin indi dilplomat və ekspertlər 7 iyulu yeni tarix elan ediblər.

Bütün tərəflər razılaşmaya yaxın olduqlarını bildirirlər.

Sazişin 90 faizi hazırdır

Qərb və İran rəsmiləri deyirlər ki, çox müşkül məsələlərdən birinə – İranın nüvə obyektlərinin gələcək sazişə müvafiq şəkildə monitorinqinə dair kompromis əldə oluna bilər.

Gözlənilən başqa bir kompromis İranın aşağı dərəcəli uran anbarına aiddir. Qərb və İran diplomatları bildirirlər ki, İran aşağı dərəcədə zənginləşdirilmiş uran ehtiyatının əksər hissəsinin ölkədən çıxarılması məsələsinə baxır. Tehran əvvəllər buna qəti etiraz bildirmişdi.

Rusiya diplomatları deyiblər ki, azı 20 səhifə həcmində olacaq yekun sazişinin "90 faizi yazılıb”.

İranın nüvə keçmişi

Bununla belə çoxsaylı fikir ayrılıqları qalır.

Bunlardan biri də İranın keçmişlərdə nüvə təhqiqatının hərbi aspekti ilə məşğul olub-olmadığına dair dalana dirənmiş BMT araşdırmasıdır. BMT bildirir ki, İranın razılıq verəcəyi təqdirdə bu məsələnin araşdırılması ilin sonlarınadək başa çata bilər.

Qərb diplomatları bildiriblər ki, onlar bu sahədə Tehrandan açıq etiraf tələb etmirlər, lakin BMT İranın nüvə proqramının keçmişinə dair hər şeyi bilməlidir.

Başqa bir çətinliyi yaradan İranın təkmil sentrifuqlar, uranı nüvə stansiyalarında istifadə məqsədilə təmizləyən qurğular üzərində tədqiqat işlərini davam etdirməkdə israrlı olmasıdır. /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol