• $
  • €
  • ₽
  • ₺
  • £

Qatil ağcaqanadlar azadlığa buraxıldı

Qatil ağcaqanadlar azadlığa buraxıldı
08.07.2015 20:23
Braziliyanın Pirasibaka şəhərində milyonlarla geni dəyişdirilmiş ağcaqanadı azadlığa buraxıblar. Söhbət erkək-mutantlardan gedir.

Onlar dişi ağcaqanadlara xüsusi gen ötürürlər və bu genin sayəsində dünyaya gələn sürfələr cinsi yetkinlik dövrünə çatmadan ölürlər.

Bu yolla alimlər insan üçün təhlükəli olan denge qızdırmasının daşıyıcılarının çoxalmasının qarşısını almaq istəyirlər.

Geni dəyişdirilmiş ağcaqanadları Britaniyanın Oxitec biotexnoloji şirkəti ərsəyə gətirib. Şirkət Braziliyanın istənilən ərazisində eksperiment aparmağa icazə alıb.

Pirasibaka - Aedes aegypti (Denge qızdırmasının daşıyıcısı) ağcaqanadlarının ən çox yayıldığı yer sayılır. 2015-ci ilin aprelindən etibarən bura altı milyonadək geni dəyişdirilmiş ağcaqanad buraxılıb.

Bu ağcaqanadlar nəinki öz nəsillərinin kəsilməsinə yardımçı olur, həmçinin onlardan törəyən sürfələr ultrabənövşəyi işıqda qırmızı rəngə çalırlar. Bununla alimlər bu üsulun effektivliyini də öyrənə bilirlər. 

Alimlər Pirasibaka küçələrinə içi su ilə dolu qablar düzüblər, bu qablara dişi ağcaqanadlar öz sürfələrini qoyublar və nəticədə məlum olub ki, sürfələrin 50 faizi geni dəyişdirilmiş ağcaqanadlardan olub.

Denge qızdırması virus xəstəliyidir, o, Aedes aegypti ağcaqanadlarının köməyi ilə ötürülür. Onlar Asiya, Afrika, Okeaniya və Karib basseynində yayılıblar. Denge qızdırması zəhərlənmə, sümük və əzələ ağrıları və hərarətlə müşayiət olunur, bəzən ölümlə nəticələnir. Bu xəstəliyə ildə yüz milyonadək adam yoluxur. /Azadliq.org

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol