• $
  • €
  • ₽
  • ₺
  • £

Yunanıstana iyulun 12-dək vaxt verildi

Yunanıstana iyulun 12-dək vaxt verildi
08.07.2015 13:43

Avropanın qəzəbli liderləri Yunanıstanın baş nazirinə islahatları təqdim etmək üçün iyulun 12-dək vaxt veriblər. İyulun 7-də keçirilən görüşdə Alexis Tsipras ölkəsini maliyyə böhranından xilas edə biləcək islahat planını təqdim edə bilməyib.

Avropa Birliyinin prezidenti Donald Tusk birliyin 28 liderini Brüssel görüşündə iştiraka çağırmışdı, "ola bilsin tariximizdə ən kritik məqamdır” demişdi.

"Bu, təkcə Yunanıstanın problemi deyil, Avropa Birliyinin gələcəyidir,” Fransa prezidenti Francois Hollande deyib.

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker isə xəbərdarlıq edib ki, detallı hazırlanmış ssenari mövcuddur, yəni Yunanıstan avrozonadan çıxarıla bilər.

"Daha həftələr barədə danışmırıq, bir neçə günün söhbətini edirik,” Almaniya kansleri Angela Merkel deyib. 

Yunanıstan bu günlərdə Beynəlxalq Valyuta Fonduna 1,7 milyard dollarlıq kredit borcunu ödəmədiyindən defolt və avrozonadan çıxmaq təhlükəsi ilə üzləşib.

İyulun 5-də ölkədə keçirilən referendumda isə əhalinin böyük əksəriyyəti beynəlxalq kreditorların təkliflərini rədd elədi və bu vəziyyəti daha da qəlizləşdirdi. /Azadliq.org

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol