• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanın avtomobil bazarı satışa çıxarıldı

Gürcüstanın avtomobil bazarı satışa çıxarıldı
08.07.2015 17:59
Gürcüstanın avtomobil bazarı satışa çıxarılıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Ukraynanın "Privat” Maliyyə-Sənaye Qrupu obyektdəki payını hərraca çıxarıb.

Rustavi şəhərində yerləşən bazarın ilkin qiyməti 30 mln. dollardır. Hərrac iyulun 31-də keçiriləcək.

Qeyd edək ki, satışa çıxarılan "Autopapa Rustavi avtomobil bazarı” şirkətinə "Mikado-Gürcüstan” ASC (torpaq sahəsi və bir neçə bina), "Rustavi avtomobil bazarı” ASC (kommersiya obyekti və onu idarə edən şirkət), "Rustavi-terminal plyus” ASC (gömrük zonasının əməliyyat idarəçiliyi), "Rustavi-komfort” ASC (mehmanxana və iaşə obyektləri) və autopapa.ge internet portalı daxildir.

Şirkətin baş direktoru Yevgeni Ustinov "Kommersant”a açıqlamasında Kiyevdəki menecerlər tərəfindən belə qərarın qəbul edilməsinin səbəblərindən məlumatsız olduğunu bildirib. Onun sözlərinə görə, hazırda avtomobil bazarına maraq göstərən 3 şirkətlə danışıqlar aparılır. "Biz bütün mümkün variantları - istər şirkətin payının, istər də obyektin tam satışını nəzərdən keçiririk”.

Qeyd edək ki, "Privat” Maliyyə-Sənaye Qrupu ukraynalı milyarderlər İqor Kolomoyski və Gennadi Boqolyubova məxsusdur.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol