• $
  • €
  • ₽
  • ₺
  • £

Yunanıstanın məşhur adaları satışa çıxarıldı - QİYMƏTLƏR

Yunanıstanın məşhur adaları satışa çıxarıldı - QİYMƏTLƏR
10.07.2015 15:20
İqtisadi böhranla boğuşan Yunanıstanda şəxsi adalar satışa çıxarıldı. 

ANN.Az xarici ölkə mediasına sitinadən xəbər verir ki, "Online Xüsusi Adalar" adlı əmlak saytında 17 xüsusi adanın satış elanı yayılıb. Bu sayın yaxın zaman daxilində 120-yə çatacağı gözlənilir. Satışa çıxarılan ən bahalı ada Omfori hesab olunur. Daha sonrakı adaların sırası belədir: Dulichium, Şimali Ege, St.Tomas və Nissos Makri adaları. 

Nisbətən ucuz qiymətə digər adalar da var - Patroklos, Nafsika, Kardiotissa, Nissos Sofia, Kythnos, Stroggilo, Lohnari, St. Coyns, Traqonisi, Vouvalos, Kato Antikeri. 

Yunanıstanda 5 mindən çox ada olsa da, bunlardan sadəcə 227-də insan yaşayır, məskən salınıb.

Satışa çıxarılan Omfori adasına 50 milyon avro dəyərində qiymət qoyulub. Hələ ki, bundan bahalı ada satışı elanı verilməyib. Bu ada təxminən 4,5 kvadratkilometrdir.Yunanların ən gözəl və xüsusi adası kimi tanınır.
 
 
 
 

Təkliflər açıq olan digər yaşıl ada 1 kvadratkilometr böyüklüyündə olan Nissos Makri adasıdır. Əsasən meşələrlə örtülü olan adada bina inşa etmək, ev tikmək üçün bütün qanuni icazələrin alındığı deyilir.
 
 
 
 

Dəyəri 3,75 milyon avro, həcmi 0,17 kvadratkilometr olan Qaia adasını məşhurlaşdıran məşhur Hollivud ulduzları Bred Pit və Anjelina Colinin bura daha çox diqqət yetrməsi olub. Burada 6 villa tikilə bilər və İyonya adalar qrupuna daxildir.
 
 
 
 

Şimali Ege adası 35 milyon avro dəyərindədir və hər kvadratmetr üçün 100 min avro qiymət qoyulub. Adanın təxmini həcmi 0,3 kvadratkilometrdir. Daha çox əcnəbi sərmayəçilərin diqqətini cəlb edə bu ada Afinaya yaxınlığı ilə tanınır.
 
 
 
 

Dulichium adası Yunanıstanda satışa çıxarılan ən böyük xüsusi adadır. 5,4 kvadratkilometr böyüklüyündə olan bu yer üçün 40 milyon avro tələb olunur. Adada 4 mindən çox zeytun ağacı var, lüks hotel tikilməsi ilə bərabər gözəl villaların inşası da mümkün hesab olunur.
 
 
 
 
 
Nuray

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol