• $
  • €
  • ₽
  • ₺
  • £

Yunanıstana dair yekun qərar bu gün veriləcək

Yunanıstana dair yekun qərar  bu gün veriləcək
12.07.2015 09:30
Avroqrup (avrozona ölkələrinin maliyyə nazirlərinin şurası) Yunanıstan üzrə 9 saat davam edən və nəticəsiz yekunlaşan iclasından sonra planlaşdırılan mətbuat konfransını ləğv edib.

"Avroqrupun toplantısı sona çatıb,  Yunanıstana dair yekun qərar Aİ-nin iyulun 12-də  keçiriləcək sammitində veriləcək". 
APA-nın "TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Maltanın maliyyə naziri Edvard Şikluna bildirib.

”Dolğun diskussiya aparıldı, Yunanıstana dair yekun qərarı artıq bu gün dövlət başçıları verəcək”, deyə o bildirib.
 
"Diskussiya bazar günü nazirlər və dövlət başçıları səviyyəsində davam etdiriləcək”, deyə nazir əlavə edib.   
 
Qeyd edək ki, bu məlumatı həmçinin Avroqrupun sədri Yerun Deyselblum təsdiqləyib.
 
"Biz görüşümüzü yekunlaşdıraraq sabah 11.00-da (Bakı vaxtı ilə 14.00-da) davam etdirmək qərarına gəldik. Çox dolğun diskussiya aparıldı, diskussiya çox mürəkkəb keçir. Maliyyə dəstəyi və Yunanıstan tərəfinə etimad məsələləri hələ də açıq qalmaqdadır”, deyə Avroqrup rəhbəri bildirib.   
 
Qeyd edək ki, Avroqrup bu gün saat 15.00-da (Bakı vaxtı ilə 18.00-da) Yunanıstana dair qərarını Aİ sammitinə təqdim etməlidir.  Qurum çox çətin seçim qarşısındadır: ya Yunanıstana üçüncü yardım proqramının tətbiq edilməsini tövsiyə etməli, ya da ölkənin avrozonadan müvəqqəti, yaxud birdəfəlik kənarlaşdırılmasını nəzərdə tutan  Yunanıstanın idarəolunan defolt proseduruna başlamalıdır.   

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol