• $
  • €
  • ₽
  • ₺
  • £

77 nəfəri qətlə yetirən terrorist universitetə daxil olub

77 nəfəri qətlə yetirən terrorist universitetə daxil olub
18.07.2015 17:28
Norveçli terrorist Anders Breyvik Oslo universitetinin siyasi elmlər fakültəsinə daxil olub.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, universitetdən verilən məlumata görə, 21 il azadlıqdan məhrum edilən 36 yaşlı Anders kameranı tərk etmədən təhsil alacaq.

Universitet rektoru Ole Petter Ottesen bununla əlaqədar bildirib ki,  Norveç həbsxanalarında cəza çəkən məhbusların hamısı abituriyentlər üçün zəruri tələblərə uyğun gəldiyi halda ali təhsil almaq hüququna malikdirlər.  

Xəbər verilir ki, terrorist iki il əvvəl də universitetə qəbul olunması ilə bağlı ərizə ilə müraciət etmişdi, lakin o zaman onun bu ixtisasa uyğun olmadığı səbəb göstərilərək müraciətinə imtina cavabı verilmişdi. Qərarın bu dəfə dəyişdirilməsinin səbəbi açıqlanmır.  

Breyvik cəzasını Norveçin "İla” həbsxanasında çəkir. 2012-ci ilin avqustunda məhkəmə onu 2011-ci ilin iyul ayında törətdiyi cinayətlərə görə 21 il müddətinə azadlıqdan məhrum etmişdir. Əvvəlcə o, Oslodakı hökumət evinin binası yaxınlığında bomba partladıb. Sonra isə hakim partiyanın Utoyya adasında təşkil etdiyi gənclər düşərgəsinin iştirakçılarına atəş açıb. Onun törətdiyi ikiqat terror nəticəsində 77 nəfər ölüb.

Norveç məhkəməsi Andres Breyvikin anlaqlı olduğunu təsdiq edib və onun 21 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol