• $
  • €
  • ₽
  • ₺
  • £

Xamneyi iranlılara əsəbləşdi

Xamneyi iranlılara əsəbləşdi
19.07.2015 09:30
İran İslam respublikasının Ali dini lideri Ayətullah Əli Xamneyi Vyanada İranla altılıq ölkələri arasında əldə olunan nüvə razılaşmalarını şərh edib. ANS PRESS-in məlumatına görə, Xamneyi bildirib ki, bu razılaşma səbəbindən İranın xarici siyasətindəheç bir dəyişiklik olmayacaq. Ali dini lider həmçinin, İranın öz prinsiplərindən güzəştə getməyəcəyini vurğulayıb. 

"Müzakirələrdə iştirak edən altılıq ölkələrindən bəzilərinə etimad etmək olmaz. Nüvə razılaşmasının qəbul olunması üçün hüquqi bir proses var. Siyasətçilərdən bu mövzunun üzərində dayanmalarını və milli mənfəətlər istiqamətində qərar vermələrini tələb etdim. İranın təhlükəsizlik və inqlab prinsiplərindən geri addım atmasına izn verilməyəcək.” 

İran – ABŞ münsibətlərindən danışan Xamneyi Amerika siytasətinə qarşı rəftarlarının dəyişilməyəcəyini deyib:

"İranın Yaxın Şərq siyasəti ABŞ-la təzad təşkil edir. Nüvə razılaşması ilə xarici siyasətimizi müzakirə obyekti etməyəcəyik.”

Razılaşmanı şərh edən Türkiyənin 11-ci prezidenti Abdullah Gül bunu diplomatyanın qazandığı ən böyük qələbə olduğunu demişdi. 

Xatırladaq ki, Vyanada İran ilə altılıq ölkələri arasında aparılan danışıqlarda ötən gün razılaşma əldə olunub. Bu razılaşmaya görə, İran daxilində nüvə obyektlərinin təftişi - BMT inspektorlarına hərbi obyektləri təftiş etməyə icazə verilə bilər, amma bu avtomatik olmaya bilər. Həmçinin, İran razılaşır ki, əgər razılaşmanı pozarsa, sanksiyalar 65 gün ərzində bərpa oluna bilər. bundan başqa, BMT-nin silah embarqosu və raket sanksiyaları 5-8 il ərzində qüvvəsində qalacaq.

İran ilə altılıq ölkələri arasında əldə olunan bu razılaşma dünyada birmənalı qarşılanmayıb. Bir çox ölkə İranla "altılıq" arasında əldə olunan razılığı dəstəkləsə də, digərləri tənqid edir.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol