• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Suriya ilə sərhəd rejimini gücləndirmək niyyətindədir

Türkiyə Suriya ilə sərhəd rejimini gücləndirmək niyyətindədir
21.07.2015 13:38
Baş nazir Əhməd Davudoğlu Suruç şəhərində baş verən terror hücumundan sonra Suriya ilə sərhəd boyunca əlavə təhlükəsizlik tədbirlərini tətbiq etmək niyyətini açıqlayıb. 

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Türkiyə hakimiyyət orqanları hesab edirlər ki, Suriya ilə sərhəddə yerləşən Suruç şəhərində 30 nəfərin həyatına son qoyan terror aktı "İslam Dövləti" ekstremist qruplaşması üzvü olan kamikadze qadın tərəfindən həyata keçirilib.

Partlayışın əsas hədəfi Suriya ərazisindəki sərhədyanı Kobani şəhərinə getməyi planlaşdıran gənclər təşkilatlarının fəalları olduğu güman edilir.

Suruç şəhərində keçən il Kobanidə hərbi əməliyyatlar başladığı zaman oranı tərk edərək bu şəhərə köçən çoxlu sakinlər yaşayır. Partlayış yerli vaxtla saat 9:00-da  Amara mədəniyyət mərkəzinin bağında baş verib. Yüzlərlə fəal gəncin buraya kürd döyüşçülərinə yardım məsələlərini müzakirə etmək üçün bir araya gəldiyi bildirilir. 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol