• $
  • €
  • ₽
  • ₺
  • £

Hepatit virusundan hər il 1,4 milyon insan dünyasını dəyişir

Hepatit virusundan hər il 1,4 milyon insan dünyasını dəyişir
24.07.2015 13:05
Xalq arasında sarılıq xəstəliyi kimi tanınan Hepatitdən hər il 1,4 milyon insan dünyasını dəyişir.

 "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 28 iyul  - "Hepatit günü" öncəsi yaydığı açıqlamada bildirilir.

Açıqlamada dünya ictimaiyyətinə müraciət edilib ki, bu virusun qarşısını almaq üçün bütün səyləri gücləndirmək lazımdır.

Məlumata əsasən, beş növ Hepatit virusu arasında ən çox yayılanı Hepatit B və C qaraciyər xərçəngi ölümlərinin təxminən 80 faizinə səbəb olur. Dəqiq bilinməyən yollarla hər il təxminən 2 milyon insan Hepatit virusuna yoluxur. Bunun qarşısını almaq üçün əsas üsullardan biri birdəfəlik istifadə olunan şprislərdir. Qan və digər vasitələrlə yoluxan Hepatit B qaraciyərə təsir edir və xroniki xəstəliklərə səbəb olur.

ÜST bildirir ki, dünyada təxminən 240 milyon insan Hepatit B virusunun daşıyıcısıdır. Qaraciyər sirrozu və qaraciyər xərçənginə səbəb olan Hepatit B hər il 780 min insanın ölümünə səbəb olur.

Qurumun yaydığı açıqlamada Hepatit B-yə qarşı bütün uşaqların peyvənd olunmasının vacibliyi və xəstəlikdən üç dozalı vaksinlə qorunmağın mümkün olduğu vurğulanıb. Həmçinin peyvənd uşaqlara doğumdan sonra 24 saat ərzində vurulmalıdır.

Hepatit B virusunun ən geniş yayıldığı ərazi Afrika və Şərqi Asiyadır.

Bundan başqa, dünyada təxminən 150 milyon insan qan yolu ilə keçən Hepatit C virusunun daşıyıcısıdır. Eyni zamanda, narkotik maddə istifadə edənlər arasında bir iynədən çox istifadə və sterilizə olunmayan tibbi avadanlıqların təkrar istifadəsi virusun ən geniş yayılmış yoluxma tərzidir. Hər il təxminən 500 min insanın ölümünə səbəb olan Hepatit C virusunun hələ də peyvəndi yoxdur.

Hepatit virusunun növlərindən olan A və E xəstənin ifrazatı ilə çirklənən su və qida maddələrinin yeyilməsi ilə bulaşır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol