• $
  • €
  • ₽
  • ₺
  • £

Hansı ölkədə nə qədər "çay pulu" verirlər?

Hansı ölkədə nə qədər "çay pulu" verirlər?
03.08.2015 21:24
Dünyada xidmət sektoru formalaşdığı andan işçilərə el arasında "çayevoy", "tip" adlandırılan çay pulunun verilmə ənənəsi yaranıb. Bəzi ölkələrdə bu bəxşişin məbləği çox yüksək, bəzilərində isə olduqca aşağıdır.

Ölkə.az dünya ölkələrində nə qədər çay pulu verildiyini təqdim edir:

İtaliya - Bu ölkədə çay pulu bir o qədər yüksək deyil, cəmi 2-3 avro.

Hollandiya - Nə qədər versəniz, bircə quru təşəkkür alacaqsınız. Ümumiyyətlə, o cür ağır xidmətdən sonra çay pulu vermək ağılsızlıqdır.

Çin - Bir neçə il əvvəl ölkədə çay pulu vermək ənənəsi yox idi. İndi isə çamadan daşıyana 10 yuan (1.70 AZN), masajçıya isə 30 yuan (5,10 AZN) verilir.

İngiltərə - Çay pulu vermə ənənəsinin əsasını ingilislər 16-cı əsrdə qoyublar. Məsələn, qayıq turu rəhbərinizə 1 sterlinq (1,50 AZN) verməlisiniz.

Tailand - Ölkədə fil sürücüsünə 30 baht (1 AZN) versəniz, o çox sevinər.

ABŞ - "Çayevoy"un geniş yayıldığı ölkə buradır. Qarson, bərbər, taksi şoferinə, qısacası, xidmət sektorunda çalışan hər cür peşə sahiblərinə çay pulu vermək məcburiyyətindəsiniz. Ümumi məbləğin 10%-ni verən xəsis adlandırılır, 12%-i - "belə dəə", 15% - məqbul, 20% - ideal.

Hindistan - İcazəsiz foto çəkmək ayıb sayılır. Çəksəniz və qarşılığında çay pulu istəyəni görsəniz, təəccüblənməyin. Bu məbləğ isə 20 rupidir (0,30-0,40 AZN)

İndoneziya - Yeməkdən sonra təqribən 20 min rupi (1,50 AZN) verməlisiniz.

Braziliya - Bu ölkədə eyni insanların xidmətindən yararlanmaq sərfəlidir. Həm çay pulunu az verəcəksiniz, həm xidmətindən razı qalacaqsınız. Çay pulu isə 5 real (1,70 AZN) təşkil edir.

İsrail - Dinlərin yarandığı ölkədə də "tip" mədəniyyəti formalaşıb. Otellərdə xidmətçilərə 5 şekel (1,20 AZN) vermək qəbul olunub.

Rusiya - Rusiyada "çayevoy" şəklində yalnız yerli valyutadan istifadə edin və pulu birbaşa işçiyə verin. Masaya qoysanız, məbləğ müəssisəyə gedəcək.

İran - İranda uzun-uzadı israrlardan sonra çay pulu götürülür. Bu isə təqribən 20 min rial (0,75 AZN) ola bilər.

Fransa - Əgər "service compris" yazısını gördünüzsə, çay pulu verməsəniz belə, sizə kimsə dodaq büzməyəcək. Ancaq versəniz, 10% nisbəti ilə təklif edin.

Yaponiya - Burada çay pulu sözü qadağandır. Heç kim sizdən "çayevoy" götürmək istəməz. Əgər çox israrlısınızsa, pulu zərfə qoyurn. Zərfdəki məbləğ isə 1000 yen (8,30 AZN) ola bilər.

Və nəhayət Azərbaycan - Bizdə də "çayevoy" vermə ənənəsi çox geniş yayılıb. O qədər geniş yayılıb ki, avtomobili park edən zaman, şadlıq sarayı və digər müəssisələrdə xidmətçilərə çay pulu verməyənlərə münasibət birmənalı olmur. Digər ölkələrlə müqayisədə bizim "çayevoy"lar heç də az deyil. Ortalama bu məbləğ 1-5-10 AZN arası dəyişir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol