• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə xüsusi əməliyyat: 2 mindən çox adam saxlanıldı

Türkiyədə xüsusi əməliyyat: 2 mindən çox adam saxlanıldı
04.08.2015 18:27
Onların arasında xarici vətəndaşlar da var.

Türkiyə polisi "İslam Dövləti”, "Kürdistanın İşçi Partiyası” (KİP) və "Xalqın Azadlığı İnqilab Cəbhəsi”nə qarşı istiqamətlənmiş əməliyyatlar zamanı təxminən 2,6 min nəfəri saxlayıb, Türkiyənin Moskvadakı səfirliyindən bildirilib.   

"Bu günə qədər 47 vilayətdə aparılan əməliyyatlar zamanı 2598 nəfər saxlanılıb, onların içində xarici dövlətlərin vətəndaşları da var”, - Türkiyənin RF-dakı səfirliyindən çərşənbə axşamı "İnterfaks”a bildiriblər.

Oxu.Az səfirlik nümayəndəsinin sözlərinə istinadən xəbər verir ki, əməliyyatlar İD vasitəçilərinin şəbəkəsinin, təxribatçıların və hər hansı aksiyalar keçirə biləcək özəklərin, eləcə də yaraqlıların zərərsizləşdirilməsinə yönəlib:

"Son aylarda İD və digər radikal ruhlu qruplara qarşı ilk əməliyyatlar zamanı 600 nəfər saxlanılıb, onlardan 100 nəfəri həbs edilib. Son əməliyyatlar nəticəsində İD ilə əlaqədə şübhəli bilinərək saxlanılan şəxslərin sayı 130 nəfər olub. Onların ikisinin terrorist-kamekadze olduqlarına dair şübhə olub. Bu əməliyyatlar davam edir”, - agentliyin həmsöhbəti bildirib.

Diplomatik nümayəndəliyin əməkdaşı qeyd edib ki, Türkiyə İD və KİP Suriya və İranda yerləşən mövqelərinə qarşı hərbi əməliyyatlar aparır.

Onun sözlərinə görə, BMT və digər təşkilatlar bu əməliyyatlara dair mütəmadi olaraq məlumat alırlar.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol