• $
  • €
  • ₽
  • ₺
  • £

Əl-Qaidənin azərbaycanlı komandirindən VACİB AÇIQLAMALAR

Əl-Qaidənin azərbaycanlı komandirindən  VACİB AÇIQLAMALAR
05.08.2015 11:50
"Bakıda doğulmuşam. Adım Mahmuddur, 30 yaşım var. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm. Tələbəlik illərindən islam dünyasında baş verən zülmləri təqib etmişəm. 2009-cu ildə bu zülmə qarşı mübarizədə töhfəm olsun deyə Əfqanıstana getdim”.

Axar.az xəbər verir ki, bu sözləri Suriyada Əsəd rejiminə qarşı döyüşən Əl Qaidənin azərbaycanlı komandiri Mahmud Azəri müsahibəsində deyib.

O, "Furkan Azəri” ləqəbli azərbaycanlı jurnalistə geniş intervyüsunda Əfqanıstandan sonra üç ildir Suriyada olduğunu söyləyib:

"Əfqanıstan torpaqları bizə çox şey öyrətdi. Sanki bir məktəb oldu. Daha sonra Əsəd rejiminin illərdir müsəlmanlara etdiyi zülmə qarşı dirənişə başladıq. 2013-cü ildən buradayam. Ancaq Suriyada İŞİD fitnəsi ortaya çıxdı və bu, bizi çox məyus etdi.


Müsəlmanların qruplara bölünməsindən çox üzüldük. Zaman keçdikcə İŞİD-in iç üzü açılmağa başladı və müsəlmanlara verdikləri ziyanlar bəlli oldu. Biz ilk gündən onlardan uzaq olduq. Allah onların bəsirət gözlərini açsın ki, ağı qaradan ayıra bilsinlər”.

Mahmud Azəri media imkanlarının zəif olmasından gileylənib: "Ona görə də buradakı vəziyyəti Qafqaza çatdıra bilmirik. Ancaq İŞİD gəncləri öz tərəfinə çəkmək üçün təbliğat kampaniyası qura bilib.

Çox təssüf ki, xeyli sayda azərbaycanlı da İŞİD-ə qoşulub. Ancaq təkfirçiliyə getməyən yüzlərlə azərbaycanlının olduğunu da söyləmək lazımdır. Cəhalət olduğu üçün azərbaycanlılar onların tələsinə düşür.

Əl-Qaidə döyüşçüsü son real vəziyyəti təsvir edib: "Əslində, Suriyada Əsəd deyə bir qüvvə yoxdur. Meydanda İran-Hizbullah-Əsəd ittifaqı var. İran geri çəkilsə, Əsəd bir ay dözə bilməz”.

O əlavə edib ki, insanların pul qarşılığında İraq və Suriyaya gəldiyini deyənlərə gülür: "Görürsünüz ki, indi də başımızın üzərində təyyarələr uçur. Hər an ölə bilərik. Pul üçün çox şey etmək olar, amma ölümə getməzlər”.

M.Azəri savaşı Azərbaycana keçirməklə bağlı qətiyyən düşünmədiklərini söyləyib: "Bizim Azərbaycan xalqı ilə bağlı planımız odur ki, islamı onlara çatdıraq, ibadətə çağıraq. Qətiyyən ölkəmizdə savaşmaq planımız yoxdur. Dünyada və xüsusilə Azərbaycandakı müsəlmanlara sözüm budur ki, bizim üçün dua etsinlər, bizə edilən zülmləri görsünlər, yardım etsinlər”.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol