• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib

Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib
06.08.2015 14:18
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana yeni hərbi attaşesi təyin edilib.

Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bu vəzifəyə general-mayor İhsan Başbozkurt təyin olunub.

Xəbərə görə, hazırda Urfada briqada komandiri olan İ.Başbozkurt qarşıdakı həftələrdə vəzifəsinin icrasına başlayacaq. Bu vəzifədə o, general-leytenant Həsən Nevzat Taşdeleri əvəz edəcək.

İ.Başbozkurt Türkiyənin Naxçıvanla sərhəddə olan Qars şəhərində anadan olub. O, Azərbaycan dilində də danışa bilir.

Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən və Türkiyə ordusunun yeni rəhbərliyini müəyyənləşdirən Yüksək Hərbi Şuranın qərarına əsasən, iki ildir Türkiyənin Azərbaycandakı səfirliyinin hərbi attaşesi olan general-mayor Həsən Nevzat Taşdelerin rütbəsi artırılıb və o, hərbi attaşe vəzifəsindən geri çağırılıb. General-leytenat rütbəsini alan H.N.Taşdeler İstanbuldakı Hərbi Akademiyalar Komandanlığının qərargah rəisi vəzifəsinə təyin olunub. O, bundan sonra Türkiyə komandirlərinin hazırlanmasında iştirak edəcək.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
Dünya 13:21
Polşa Rusiya ilə sərhəddə xüsusi əməliyyata başlayıb
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol