• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD qadınlara görə 24 saat vaxt verdi

İŞİD qadınlara görə 24 saat vaxt verdi
06.08.2015 20:59

Terrorçuların bu dəfəki tələbi Misir həbsxanalarındakı qadınların azadlığa buraxılmasıdır.

İŞİD terror qruplaşması Xorvatiya vətəndaşını girov götürüb.

ANS PRESS-in məlumatına görə, silahlıların bu dəfəki tələbi Misir həbsxanalarında saxlanılan müsəlman qadınların azadlığa buraxılmasıdır. Silahlılar rəhbərliyin tələbləri icra etməsi üçün onlara 48 saat vaxt verib. Əks halda, girovun öldürüləcəyini bildiriblər.

30 yaşlı Tomislav Salopekin silahlıların əlində girov olması faktı Xorvatiya hökuməti tərəfindən də təsdiqlənib. Rəsmilər bildiriblər ki, o, Misirin paytaxtı Qahirədə işə gedən zaman silahlıların əlinə girov düşüb. Salopekin Fransaya məxsus neft-qaz şirkətinin əməkdaşıdır.

İŞİD-dən daha bir təhdid Almaniya kansleri Angela Merkelə qarşı gəlib. Silahlılar videorolik vasitəsi ilə Merkelə və Almaniyadakı tərəfdaşlarına ismarış göndəriblər.

Alman dilində danışan silahlılar bildiriblər ki, Almaniya anti-İŞİD koalisiyasına qoşulduğu üçün onlar Berlindən qisas alacaqlar.

Silahlılar, eyni zamanda, Əfqanıstanda müsəlmanların öldürülməsinə görə Almaniyanı cəzalandıracaqlarını bildiriblər. Silahlılar alman "qardaş və bacıları”nı Suriya və İraqda onlara qoşulmağa və ya öz ölkəsində inancsız insanlara qarşı hücumlar etməyə çağırıblar.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol