• $
  • €
  • ₽
  • ₺
  • £

​Moskvada yaşayış evləri sürətlə ucuzlaşır

​Moskvada yaşayış evləri sürətlə ucuzlaşır
06.08.2015 15:10
Moskva şəhərində yaşayış evlərinin ucuzlaşması prosesi sürətlə davam edir. 

Hazırda mərkəzə yaxın elit yaşayış binasındakı mənzili 6 ay öncə Moskva Dairəvi Avtomobil Yolunun arxasındakı bir mənzilin qiymətinə almaq mümkündür. Böhran səbəbilə qiymətlərdə kəskin azalma baş verib. 
Ev alqı-satqısı elanlarında qiymətlər dəyişməsə də, real alqı-satqı çox aşağı qiymətlə həyata keçirilir.

"Report" xəbər verir ki, yeni tikilən binalarda tikinti şirkətləri payızdan etibarən xərclərin artması səbəbindən evlərin qiymətini artıracaqlarını söyləsələr də, müştərilər buna heç bir əhəmiyyət vermir. Nəticədə, tikinti şirkətləri keçən cümə, iyulun 31-də internet vasitəsilə kütləvi satış elan edib.

Rusiya paytaxtında fəaliyyət göstərən əmlak alqı-satqısı şirkətlərinin birinin əməkdaşı bildirib ki, elanlardakı qiymətlərə baxmayaraq, alqı-satqı əməliyyatları bundan 20-25% aşağı qiymətlə aparılır: "Elit evlərdə vəziyyət daha da pisdir. Moskvanın "Rublyovka" elit ərazisində 1 il əvvəl 75 mln. rubla ( 2,5 mln. dollar) satılan malikanə üçün hazırda 45 mln. rubla (720 min dollar) alıcı tapılmır. Əgər əvvəllər Moskvada gündə 130-140 min satış elanı verilirdisə, indi ev satmaq istəyənlərin sayı artıq 220 minə çatıb".

Şirkət əməkdaşı hesab edir ki, budəfəki böhran 1999 və ya 2009-cu ildə baş verənlərə bənzəmir və bu, yeni həyatın reallığıdır: "Yaxın illərdə neftin qiymətinin düşməsi ilə əlaqədar ölkəyə maliyyə axınının kəskin azalacağı gözlənilir. Yaxın 3-5 ildə, bəlkə də heç vaxt evlərin dollar ekvivalentində maksimal qiymətlərə çatmayacaq".

Evlərin qiymətinin formalaşmasına toxunan əmlakçı, Moskvada monolit bir binada mənzilin hər 1 kv.metrin üçün xərcinin 40-45 min rubl olduğunu bildirib. Həmin mənzilin 150 min rubl/kv.m-ə satılmasının əsas səbəblərindən biri orta hesabla 20-30 min rublun korrupsiya xərclərinə aid olması ilə bağlıdır. Buna baxmayaraq, yenə də tikinti şirkətlərinə 100%-lik qazancın qalır. Bundan sonra isə analoji qazancın olmayacağı bir dövr başlayıb. Hazırkı vəziyyətdə böhrana yalnız öz kapitalı olan şirkətlər tab gətirə biləcək. Satdıqları mənzillərin puluna bina inşa edənlər isə iflasdan qurtula bilməyəcək.

Qeyd edək ki, Azərbaycanda evlərin alqı-satqısı ilə bağlı elanların yerləşdirildiyi saytlardan birində bu il Bakıətrafı bağ evlərinin satış elanları artıb. Belə ki, keçən il cəmi 8-10 səhifə olan elanların siyahısı hazırda 22-25 səhifəyə çatıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol