Xalq artisti yarım saata 350 min qazandı

15:42 | 06.03.2018
Xalq artisti yarım saata 350 min qazandı

Xalq artisti yarım saata 350 min qazandı

O, cəmi bir necə hit mahnısını ifa edib

Xalq artisti 30 dəqiqə ərzində 20 milyon rubl (350 min avro) qazanıb. İstiPress-in məlumatına görə, söhbət dünya şöhrətli rusiyalı müğənni Alla Puqaçovadan gedir. Mətbuat onun son çıxışı zamanı qonorarının məbləğini araşdırıb. 

Belə ki, ancaq ötən həftəsonu bir dəfə səhnəyə çıxmaq ona rekord gəlir qazandırıb. Məlumata görə, o azərbaycanlı milyonçu AST Telmana məxsus olan, Moskvanın ən dəbdəbəli şadlıq sarayı olan "Safisa"da keçirilən mərasimdə çıxış edib.

Primadonnanın ifasının bu dərəcədə yüksək qiymətləndirlməsi onun ancaq ad-sanından deyil, həm də ötən il fəlal səhnə fəaliyyətini başa çatdırdığını elan etməsindən sonra çox nadir hallarda şəxsi tədbirlərə qatılmasından irəli gəlir. A.Puqaçova "Safisa" səhnəsində yarım saata yaxın bir zaman keçirib. Bu müdət ərzində isə o köhnə hitlərini ifa edib. 

Tədbiri keçirənlərin ad-soyadları bilinməsə də, onların kübar cəmiyyətin üzvləri olduqları bəllidir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb