Xalq artistinin yaradıcılıq gecəsi keçiriləcək

19:55 | 06.01.2017
Xalq artistinin yaradıcılıq gecəsi keçiriləcək

Xalq artistinin yaradıcılıq gecəsi keçiriləcək

Yanvarın 13-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, skripkaçı Zəhra Quliyevanın yaradıcılıq gecəsi keçiriləcək.

ANN.Az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək gecədə sənətkarın həyat və yaradıcılığından danışılacaq, musiqi mədəniyyətinin inkişafındakı xidmətləri haqqında məlumat veriləcək.

Tədbir konsert proqramı ilə davam edəcək.
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb