Xanım idmançımız saçlarını bağışladı...

16:10 | 29.08.2018
Xanım idmançımız saçlarını bağışladı...

Xanım idmançımız saçlarını bağışladı...

Aerobika üzrə Azərbaycan yığmasının üzvü Balaxanım Əhmədova maraqlı addım atıb.

"Qafqazinfo” xəbər verir ki, gənc idmançı saçlarını xərçəng xəstəliyindən əziyyət çəkən xanımlara bağışlayıb. Bu barədə "Saçın saçım olsun” adlı layihənin rəhbəri Sevinc Məmmədova yazıb. 

Onun sözlərinə görə, Əhmədova layihə barədə anasından eşidib: "Anam ölkəmizdə belə bir layihənin həyata keçirildiyini söylədi. Mənim yaxınlarımın içərisində də xərçəng xəstəliyəndən əziyyət çəkən insanlar var. O hissləri çox yaxşı bilirəm. Gözəl analarımıza, bacılarımıza, körpələrimizə kömək etmək imkanını yaxaladığım üçün çox sevincliyəm. İmkanı olan hər kəsi bu təşəbbüsə qoşulmağa səsləyirəm”.

Qeyd edək ki, "Saçın saçım olsun” aksiyasının məqsədi xərçəng və ya digər xəstəliklər səbəbindən saçlarini itirən şəxslərə təbii saçlardan parik hazırlamaqdır.

Siz də bu aksiyaya qoşulmaq istəyirsizsə linkə keçid edə bilərsiz: 

www.facebook.com/Sa%C3%A7%C4%B1m-sa%C3%A7%C4%B1n-olsun-247325505868396/

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb