Xaricdən gətirilən bəzi dərmanların satışı dayandırılıb

22:12 | 02.02.2017
Xaricdən gətirilən bəzi dərmanların satışı dayandırılıb

Xaricdən gətirilən bəzi dərmanların satışı dayandırılıb

Bəzi xarici ölkələrdə istehsal olunan və Azərbaycana gətirilən dərman preparatlarının satışı dayandırılıb.

ANN.Az xəbər verir ki, bu barədə AzNews.az-a sakinlər məlumat veriblər. 

Sakinlərin şikayəti əsasında bir neçə aptekdə keçirdiyimiz sorğundan sonra məlum olub ki, artıq 10 gündür apteklərə xaricdə istehsal olunan dərmanların göndərilməsi dayandırılıb. Buna görə də, hətta xaricdə istehsal olunmuş, çox ucuz qiymətə satılan dərmanları da tapmaq mümkün deyil.

Tibbi ekspert, professor Aqil Qeybulla AzNews.az-a açıqlamasında bəzi xarici ölkə istehsalı olan dərman preparatlarının satışının dayandırılmasının gözlənilən olduğunu qeyd edib:

"Dərmanların qiymətində izah olunmayan artımlar var və bu günbəgün artmaqda davam edir. Xarici istehsal olan dərmanların satışının dayandırılmasının birinci səbəbi budur. İkinci səbəb isə bəzi dərman preparatlarının Azərbaycana gətirilməsinin sərfəli olmamasıdır. Məhz buna görə də, sahibkarlar həmin dərman preparatlarını Azərbaycana gətirmək istəmirlər. Dərman preparatları xarici ölkələrdən dollarla alınır. Dollar qalxdıqca, dərmanların da qiyməti qalxır”.

Aqil Qeybulla qeyd edib ki, vəziyyətin qəfildən bu şəkildə dəyişməsi, əlbəttə ki, ürəkaçan deyil:

"Həkimlərin özlərinin də təsirinə və keyfiyyətinə güvəndiyi xeyli dərman preparatları artıq satışdan yığışdırılıb. Bu da həkimlərin işində xeyli problem yaradıb. Bu dərmanlara qarşı həkimlərdə xeyli inam vardı. Hesab edirəm ki, bunların qaydasına düşməsi üçün dərman preparatlarının Dövlət Reystri yaradılmalıdır. Bütün dərman preparatları qeydiyyata alınmalıdır. Sahibkarlar da xarici istehsal olan dərmanları Azərbaycana gətirib bazarla tənzimləməlidirlər. Bu məsələyə kənardan müdaxilə olduqca, problem daha da böyüyəcək”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb