Xarici ticarət dövriyyəsi artıb

13:00 | 10.07.2017
Xarici ticarət dövriyyəsi artıb

Xarici ticarət dövriyyəsi artıb

2017-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 8 mlrd. 678 mln. 422,80 min dollar təşkil edib.

anews.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2016-cı ilin ilk 6 ayına nisbətən ticarət əməliyyatlarının həcmi 9,76% artıb.

İxrac əməliyyatlarının həcmi 5 mlrd. 268 mln. 749,15 min dollar, idxal əməliyyatları 3 mlrd. 409 mln. 673,65 min dollar olub. 

Nəticədə 1 mlrd. 859 mln. 75,50 min dollar məbləğində müsbət saldo yaranıb. Xatırladaq ki, ötən ilin müvafiq dövründə xarici ticarətdə 184 549.19 min dollar mənfi saldo yaranmışdı.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM