Xəbər ANı: Kitab Davası davam edir...

10:00 | 05.06.2015
Xəbər ANı: Kitab Davası davam edir...

Xəbər ANı: Kitab Davası davam edir...

Son günlər gənc yazar Qan Turalı "Doqquz hekayə” kitabının satışıyla bağlı "Əli və Nino” kitab evindən narazıdır.
 
Yazıçı deyir ki, "Əli və Nino” müxtəlif bəhanələrlə onun və başqa Azərbaycan yazıçılarının kitablarını satmaqdan imtina edir, Qan Turalı bunu monopoliya adlandırır. Yaranan söz-söhbətlə bağlı gənc yazar saytımıza açıqlama verib: ""Doqquz hekayə” kitabını satışa çıxarması üçün "Əli və Nino”ya təklif edəndə, onlar düz iki dəfə "yerimiz yoxdur” deyə cavab veriblər. Mən məsələni araşdıranda isə gördüm ki, sən demə, son dövrlərdə "Əli və Nino” bir çox yazıçımıza eyni münasibəti göstərirmiş. Lakin o yazıçılar çox nəzakətli olduqları üçün məsələni mətbuata çıxarmayıblar.
 
Məsələ artıq ”Doqquz hekayə" miqyasından çıxaraq, ümumən Azərbaycan ədəbiyyatının probleminə çevrilib”. Məsələ ilə bağlı yazar Şərif Ağayar da öz münasibitini bildirdi. O dedi ki, Milli Kitab mükafatına iddialı olan "Əli və Nino”nun belə addım atması düzgün deyil. N.Köçərli isə ANN Tv-yə açıqlamasında yazarın kitabı üçünanbarda yer olmaması iddiasına belə aydınlıq gətirib: "Bizim vəziyyətimiz çox ağırdır, kitablar anbarlarda qalır. Azərbaycanda kitab oxunmur. Oxucu kütləsi azdır. Kitabların satılmamasında "Əli və Nino”nun təqsiri yoxdur”.
 
Hazirladi: Fəridə Alıyeva

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb