XƏBƏR ANI: Rafiq Cəlilov: "31 elektron xidmət istifadəyə vermişik" - ANN.TV

19:40 | 15.07.2015
XƏBƏR ANI: Rafiq Cəlilov:

XƏBƏR ANI: Rafiq Cəlilov: "31 elektron xidmət istifadəyə vermişik" - ANN.TV

Ötən il daşınmaz əmlakın yüklülüyünə dair "Forma -1" arayışlarının onlayn verilməsi xidməti istifadəyə verilib. Bu il isə növbəti onlayn xidmətin tətbiqi ilə qeydiyyat prosesi daha da sadələşdirilib - bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bu gün keçirilən tədbirdə deyib. 

ANN.Az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu gün "Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət" mövzusunda İctimai Təqdimat keçirib. 

Rafiq Cəlilovun sözlərinə görə, hazırda komitənin fəaliyyət sahələri üzrə 3 SMS və 31 elektron xidməti, o cümlədən 2 onlayn xidmət vətəndaşların istifadəsinə verilib: "Komitənin təqdim etdiyi 31 elektron xidmətindən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır. Eyni zamanda bu xidmətlərdən 27-si interaktiv, 4-ü isə informativ xidmətlərdir".

Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb