Xədicə İsmayılova azadlıqda - YENİLƏNİR

18:40 | 25.05.2016
Xədicə İsmayılova azadlıqda  - YENİLƏNİR

Xədicə İsmayılova azadlıqda - YENİLƏNİR

ANN.Az xəbər verir ki, Xədicə İsmayıl bu dəqiqələrdə 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Onu jurnalistlər, ictimai fəallar qarşılayıb. 
 
O, evinə yola düşüb
 
*** 
 
X.İsmayılova 2014-cü il dekabrın 5-dən həbsdədir.

Bakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə İsmayılovaya 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.

X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 7 il yarım azadlıqdan məhrum edilib. 

Xədicə İsmayıl ittihamları rədd edir, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.

«Amnesty International» Xədicə İsmayılı «vicdan məhbusu» elan edib. 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb