"Xərçəngə qalib gəldim" deyən yazarın pəhriz kitabı ləğv olundu

20:26 | 17.03.2015

"Xərçəngə qalib gəldim" deyən yazarın pəhriz kitabı ləğv olundu

Təklif etdiyi pəhriz proqramı ilə xərçəng xətəliyinə qalib gəldiyi iddiasını irəli sürən avstraliyalı qadın yazar Belle Ginsonun əslində heç bir xərçəng xəstəliyinə tutulmadığı ortaya çıxıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bununla da yazarın "The Whole Pantry" adlı yemək kitabının ABŞ-da təqdimetmə mərasimi təxirə salınıb. Kitabın aprel ayında ABŞ-da satışa çıxarılacağı gözlənilirdi. Onu ABŞ-ın nəhəng yayım orqanı "Penguin Books" qadın yazarın irəli sürülən iddialara tutarlı cavab verə bilməməsi səbəbilə müqaviləni ləğv edib.

Eyni zamanda dünyanın ən iri nəşriyyatlarından bir olan "Atria Books" da qadın yazarla müqaviləni pozub.

Qeyd edək ki, yazar Belle Gibson xərçənglə mübarizə məqsdilə təşkil olunan proqramlarda minlərlə dollar yardım toplamışdı. Eyni zamanda qadın yazarın kitabı üçün "Apple" şirkəti də bir ağıllı telefonunun təqdimatını onun adına təşkil etmişdi və bu proqram dünyada böüyk maraq doğurmuşdu.

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb