XİN bəyanat yaydı

14:39 | 30.06.2015
XİN bəyanat yaydı

XİN bəyanat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi Misirin baş prokuroru Hişam Bərəkata qarşı iyunun 29-da təşkil olunan terror aktını pisləyən bəyanat yayıb. 

XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bəyanatda terror aktı qəti şəkildə pislənilib: "Bu terror aktı nəticəsində həlak olmuş Hişam Bərəkatin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk".

Bəyanatda qeyd olunub ki, terrorçuluqdan əziyyət çəkən dövlət kimi Azərbaycan terrorun bütün forma və təzahürlərini qəti şəkildə qınayır: "Terrorçuluğa qarşı mübarizədə Misir xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik".

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb