XİN-in yeni mətbuat katibi bəlli oldu - FOTO

20:41 | 19.09.2014
XİN-in yeni mətbuat katibi bəlli oldu - FOTO

XİN-in yeni mətbuat katibi bəlli oldu - FOTO

Prezident İlham Əliyevin sentyabrın 18-də imzaladığı sərəncamla Azərbaycanın Efiopiyada səfiri təyin edilən Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayevi kimin əvəz edəcəyi məlum olub.XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, artıq bu gündən etibarən sözügedən vəzifəni nazirliyin şöbə müdiri Hikmət Hacıyev icra etməyə başlayıb.Qeyd edək ki, H.Hacıyev 1978-ci ildə Gəncə şəhərində anadan olub. Əvvəllər Azərbaycanın bir sıra ölkələrdəki səfirliklərində müxtəlif vəzifələrdə çalışıb. Son illərdə XİN-də şöbə müdiri vəzifəsini daşıyırdı.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb