XİN: Münaqişə tərəfi məhz Ermənistandır

09:31 | 14.09.2018
XİN: Münaqişə tərəfi məhz Ermənistandır

XİN: Münaqişə tərəfi məhz Ermənistandır

Ermənistanda keçirilən "Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisi ilə bağlı Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev daha bir açıqlama ilə çıxış edib.

Bu haqda Oxu.Az-a eksklüziv açıqlamasında H.Hacıyev deyib ki, sözügedən hərbi təlimlər çərçivəsində Azərbaycana müharibə elan edən Ermənistan tərəfi bir daha o faktı da sübut edir ki, münaqişə tərəfi məhz Ermənistandır.
 
"Hesab edirik ki, Ermənistanda keçirilən "Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasının növbəti təsdiqi və etirafıdır. Bu, eyni zamanda, Ermənistanın yeni siyasi-hərbi rəhbərliyinin malik olduğu arxaik və feodal düşüncənin göstəricisidir.

Dünənki bəyanatda da vurğulandığı kimi, Ermənistanın yeni hakimiyyəti, Nikol Paşinyan hökuməti Sarqsyan rejiminin hərbi diktatura siyasətini davam etdirir, regionu, bu bölgəni yeni hərbi avantüralarla və təhlükələrlə üz-üzə qoyur.

Bununla da Ermənistan rəhbərliyi ziddiyyətli və biri digərini təkzib edən fəaliyyətini davam etdirir və özü-özünü inkar edir”, - deyə XİN rəsmisi əlavə edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb