Xodorkovski: “Putinə həmişə qan lazımdır”

17:50 | 28.08.2014
Xodorkovski: “Putinə həmişə qan lazımdır”

Xodorkovski: “Putinə həmişə qan lazımdır”

YUKOS neft şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovski Putin hakimiyyətinə qarşı kəskin çıxış edib. Axar.az xəbər verir ki, Xodorkovskinin rəsmi saytında onun açıqlaması yerləşdirilib. “Biz Ukrayna ilə əsl müharibə edirik. Ora əsgərlərimizi və texnikamızı göndəririk. Ukraynalılar yaxşı dirənir, amma geri çəkilirlər. Təbii ki, qüvvələr bərabər deyil”, - açıqlamada bildirilib. 

Xodorkovski qeyd edib ki, Rusiya hakimiyyəti onları aldadır: “Bizim hakimiyyətimiz daim yalan danışır. 80-ci illərdə Əfqanıstanda, 90-cı illərdə Çeçenistanda, indi də Ukraynada yalan danışır. Biz hər iki tərəfdə döyüşən, bir-birilərini öldürən dünənki həmkarlarımızı, dostlarımızı və əzizlərimizi dəfn edirik. Ona görə yox ki, onlar bunu istəyirlər, ona görə ki, qoca hakimiyyətlərə həmişə qan lazımdır. Biz bunu dayandıra bilərik. Sadəcə küçələrə çıxmaq, aksiyalarla hədələmək lazımdır. Hakimiyyət dərhal təslim olacaq, o qorxaqdır. Amma yox, biz özümüzü elə göstərəcəyik ki, guya inanırıq. Və dəfnlərdə ağlayacağıq”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti