Xodorkovski siyasət və bizneslə daha məşğul olmayacaq

20:50 | 23.12.2013
Xodorkovski siyasət və bizneslə daha məşğul olmayacaq

Xodorkovski siyasət və bizneslə daha məşğul olmayacaq

Vladimir Putin tərəfindən 2 gün bundan əvvəl əfv edilmiş və 10 il bundan əvvəl Rusiyanın ən varlı oliqarxı olmuş YUKOS neft şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovski bazar günü Berlində mətbuat konfransı keçirib.

Mixail Xodorkovski azadlığa çıxdığına görə, Almaniya kansleri Angela Merkel, və Almaniyanın keçmiş Xarici İşlər naziri Hans Ditrix Genşerə minnətdarlığını bildirib.

Xodorkovski xüsusilə vurğulayıb kı, prezident Putinə azad olunması barədə xahişnamə yazmaqda ayıb nə isə görmür, lakin YUKOS-un fəaliyyətində hər hansı bir kriminalın olduğunu heç zaman qəbul etməyib və belə bir etirafı heç zaman əfv müraciətinə daxil etməyib və etməzdi də.

YUKOS-un keçmiş rəhbəri alman vizasının ona 1 il müddətinə verildiyini və hazırda Rusiyaya dönməyə düşünmədiyini bildirirb. Bunun səbəbini keçmiş oliqarx ona və Rusiyada hələ də məhbəsdə cəza çəkən YUKOS şirkətindəki silahdaşı Platon Lebedevə qarşı irəli sürülmüş $550 mln dollarlıq maliyyə iddiasının hələ də qüvvədə olması ilə əlaqələndirib.

Keçmiş oliqarx bildirib ki, onun indiki maliyyə durumu çörəkpuluna bəs edir və dolanmaq üçün yenidən biznesə baş vurmaq eghtiyacı duymur.

Xodorkovski xeyli dost və həmkarlarının Rusiyada hələ də həbsdə saxlandığını dilə gətirərək, onların və digər siyasi məhbusların azadlığa çıxması üçün əlindən gələcəyini əsirgəməyəcəyini bildirib.

Qərb siyasətçilərinə Soçi-2014 Qış Olimpiadasına gedib-getməmək barədə məsləhət vermək xahişinə cavab verən Xodorkovski deyib ki, Olimpiadanı ilk növbədə milyonlarla insan üçün bayram tədbiri olduğunu sayır. "Bayrama hazırlaşan insanları məyus etməyə dəyməz", Xodorkovski deyib.

Ukrayna və "Maydan hərəkatı" barədə suala cavab verən Xodorkovski azadlıqda cəmi 36 saat olduğunu və bu səbəbdən hadisələri anlamaq üçün daha çox vaxt tələb olunduğunu qeyd edərək. eyni zamanda hazırda həbsdə saxlanılan Yuliya Timoşenkonun tezliklə azadlığa çıxmasını arzulayaraq ümid etdiyini bildirib ki, bu məsələdə Viktor Yanukoviç son zamanlar sıx təmasda olduğu Rusiya prezidenti Vladimir Putinin siyasi məhbusu azad etmək kimi addımına əməl edəcək.

Siyasətə və biznesə - əlvida

Mixail Xodorkovski əfv barədə xahişində siyasətlə məşqul olmayacağı və YUKOS şirkətinə məxsus olmuş aktivlərin qaytarılmasına cəhd etməyəcəyini yazıbmış. Bunu YUKOS-un keçmiş rəhbəri özü The New Times nəşrinə bildirib.

"Mən ərizəmdə bundan əvvəl dəfələrlə səsləndirdiyim fikirləri yazdım, yəni nə siyəsətlə məşğul olmaq niyyətim var, nə YUKOS-un aktivlərini qaytarmağa səy göstərmək niyyətim", - Khodorkovsky bəyan edib.

Eks-oliqarx məktubunda ona xaricə getməyə imkan verilməsi xahişini də qeyd edib.

Xodorkovski vurğulayıb kı, ondan təqsirkar olduğunu etiraf etmək tələb olunsaydı, o əfv etmək barədə xahiş məktubunu yazmağa razılaşmazdı.

"Dojd" telekanalına müsahibəsində isə Xodorkovski azad olunacağı barədə məlumatı ilk olaraq xəbərlər buraxılışından öyrəndiyini bildirib.

"Vladimir Putinin dediklərini eşidəndən sonra başa düşdüm ki məsələ arıq həll olunub, və bundan sonra getdim yola hazırlaşmağa, kağızları və digər əşyaları yığmağa.

Bu arada İnterfax agentliyinin yaydığı xəbərə əsasən, Mixail Xodorkovski ona qarşı 17 mlrd rubl ($550 mln dollar) məbləğində məhkəmə iddiasına xitam verilmədiyinədək Rusiyaya qayıda bilməyəcəyini bildirib.

Bu barədə Xodorkovski jurnalistlərə Berlində keçirdiyi mətbuat konfransında xəbər verib.

"Hüquqi nöqteyi nəzərdən mənə qarşı məhkəmə iddiası qüvvədədir. Iddianın məbləği $550 mln dollardır, Rusiya qanunvericiliyinə görə bu halda xaricə çıxmaq qadağan olunur", - agentlik Xodorkovskinin sözlərini iqtibas edir.

Xodorkovski jurnalistlərə eləcə də, maliyyə durumunun vəziyyəti barədə təssəvvürünün olmadığını da bildirib.

BBC Azərbaycanca

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb