Xoşbəxt insanların 21 VƏRDİŞİ

10:34 | 29.11.2014
Xoşbəxt insanların 21 VƏRDİŞİ

Xoşbəxt insanların 21 VƏRDİŞİ

Əslində hər şey çox sadə imiş. Xoşbəxtsən, ya yox, sən ətrafdakılara təsiretmə gücünə maliksən. Sən demə, xoşbəxt olmaq könüllü imiş. Sadəcə, bəzi faydalı vərdişləri əldə emək üçün çalışmaq lazımdır, vəssəlam!
 

Bu yaxınlarda "Huffington Post" özünü xoşbəxt hiss edən adamların əksəriyyətində müşahidə edilən 21 vərdişin siyahısını dərc edib. Bu məqalə oxucuların o qədər diqqətini cəlb edib ki, hətta sosial şəbəkədə məqalə 250 min dəfə oxucu "like"na tuş gəlib. ANN.Az həmin 21 vərdişi azərbaycanlı oxucuların diqqətinə çatdırmağı özünə borc bildi:

 

 

1. Onlar özlərini xoşbəxt insanlarla əhatəyə alırlarSevinc yoluxucudur. "Xoşbəxtliyin intişarı" ilə məşğul olan "Framingham Heart Study" tədqiqatçıları 20 illik müşahidələrindən sonra belə qənaətə gəliblər ki, "xoşbəxt insanlarla əhatə olunanlar" çox güman ki, gələcəkdə özləri də xoşbəxt olacaqlar. Əsas səbəb odur ki, hüznlü, məyus vaxtlarda ən gözəl çarə dostların gülər üzüdür.

 

2. Onlar gülümsəyirlərÖzünüzü şən hiss etmədiyiniz halda belə yaxşı şeylər haqqında düşünün və həmin o fikirlərə gülümsəyin. Bu, mütləq sizə yardımçı olacaq. Amma saxtakarlıq olmaz! Əgər siz özünüzü aldadıb pis nəsə haqqında fikirləşib yalandan gülümsəyəcəksinizsə, daha pis nəticə əldə edə bilərsiniz.

 

3. Onlar bərpa qabiliyyətini inkişaf etdirirlərPsixoloqlar belə hesab edirlər ki, depressiyanın antonimi xoşbəxtlik deyil, bərpa qabiliyyətidir. Xoşbəxt insanlar sarsıntıdan qurtuluş yollarını daha yaxşı bilirlər. Bunu hardasa, hər bir insanın həyatında baş verən murdarlığa qarşı silah kimi anlaya bilərik. Yaponlar bu baxımdan yaxşı deyir:  "Yeddi dəfə yıxıl, amma səkkiz dəfə qalx!".

 

4. Onlar xoşbəxt olmağa çalışırlarAha, bu, elə səsləndiyi kimi çox sadədir: xoşbəxt olmaq üçün daxili emosional fonu artırmaq gərəkdir.

 

5. Onlar bütün yaxşılıqlara qarşı diqqətcildirlərBütün mühüm nailiyyətləri qeyd etmək uzun və yorucu işdir. Amma xoşbəxt insanlar ən balaca uğurlarına belə diqqət ayırırlar.  Əgər biz hansısa xırda yaxşılıqlara zaman ayırırıqsa, bütün gün ərzində özümüzü yaxşı hiss edirik.

 

6. Onlar ən sadə zövqləri dəyərləndirirlərParkdakı kiçik dükanda dondurma yemək, itlə gəzintiyə çıxmaq, göy qurşağını görmək ... Bəlkə də kimlər üçünsə artıq dəyəri qalmayan hisslər xoşbəxt insanlar üçün həddindən artıq məna kəsb edir və onlar bunlara çox böyük dəyər verirlər. Xırdalıqlarda xoşbəxtlik tapmaq və şükür etmək səni birbaşa sevincə zincirləyəcək.

 

7. Onlar zamanlarının çoxunu yaxşılıqlara sərf edirlərSutkanın 24 saat olmasına və əksər adamların zaman çatışmazlığından şikayətlənməsinə baxmayaraq, xoşbəxt adamlar günün əksər saatını yaxşılıq etməyə sərf edir və həmin yaxşlıqların özlərinə qaytarılacaqlarına inanırlar.  Könüllü görülən iş, yaxud təmənnasız yaxşılıqlar həm ruhi, həm də fiziki sağlamlıq üçün əla təsir vasitələrindən hesab olunur. Və belə insanlar depressiyaya daha az düşürlər. Psixoloqların "keyf yardımçıları" anlayışı da bu baxımdan maraq doğurur. Mütəxəssislər hesab edir ki, hətta narkotik maddənin yaratdığı nəşə hissi xeyirxah işlərin qarşısında aciz görünür. Çünki yaxşılıq dofamin harmonunun yaranmasını tətikləyir.

 

8. Onların zaman itkisi problemi olmurMürəkkəb, ruhlandırıcı və əhəmiyyətli bir mühitə düşdüyünüzü görəndə hardansa güclü "axıntı"nın sizə doğru gəldiyini hiss edə bilərsiniz. Xoşbəxt insanlar motivasiya etmək, yaxud dəqiq məqsədlərə çatmaq, müəyyən vərdişlərini həyata keçirmək üçün özlərindən asılı olmayaraq axtarışa çıxırlar. Təhtəlşüur olaraq atdıqları bu addım onlarda "uğur hissi"nə aparan axıntı yaradır.

 

9. Onlar yüngül cəfəngiyyatda dərin ünsiyyətə üstünlük verirlərYüngül formada fikir mübadiləsi aparmaqda elə də pis nəsə yoxdur. Amma uzun və ciddi söhbətlərə baş qoşmaq - bu, artıq özünü sevincli və canlı hiss etmək üçün əla praktikadır. Həm də bu daha çox məmnunluq hissi yaradır, nəinki adi boşboğazlıq. Dünya ilə halallaşmaq üzrə olan adamların 5 etiraflarından biri odur ki, "Kaş mənim öz hisslərim haqqında danışmağa cəsarətim çatardı". Bu, ona dəlalət edir ki, insanlar ürəklərini boşaldacaq hisslərindən bəhs etməkdənsə, daha çox havadan-sudan danışır.

 

10. Onlar daha çox başqalarına pul xərcləyirlərPulla xoşbəxtliyi almaq mümkündür. Amma yalnız o halda ki pulu özün üçün deyil, həm də başqaları üçün xərcləyəsən.

 

11.Onlar dinləməyi bacarırlarƏgər dinləməyi bacarırsınızsa, deməli yeni bilgilər əldə etməyə açıqsınız. Bununla bərabər bu bacarıq insanlarda özünüzə qarşı inam hissini gücləndirir, hən də hörmətiniz artmış olur. İnsanlar heç vaxt bu bacarığı olanlara etinasız yanaşmır, onları xüsusi varlıq kimi qəbul edirlər. Bu isə xoşbəxt adamları daha da xoşbəxt edir. Dinləmək vərdişi insanlar arasında münasibətləri möhkəmləndirən ən gözəl bacarıqdır.

 

12. Onlar əlaqə saxlayırlarBir zəng, bir mesaj - bu gün sosial şəbəkələr vasitəsilə bunu etmək çox asandır. Amma dostunu görmək üçün ölkənin yarısını basa-basa gəlmək xeyli çətindir. Birisi ilə ünsiyyət qurmaq istənilən adamın ortaq ehtiyaclarından biridir. Amma bu "online" olmasın. Sosial şəbəkələr bizə insanlara toxunmaq hissiyyatını vermək imkanına malik deyil, Amma bu, xoşbəxtlik üçün vacib elementdir və lap çoxdan isbat olunub.

 

13. Onlar məsələnin yaxşı tərəfini görürlərNikbinlik səhhətinə yaxşı təsir göstərir: Stress azdırsa, deməli  ürəkdəki problemlər də azdır. Və əgər siz hər şeydə xoş niyyət güdürsünüzsə, nə baş verməyindən asılı olmayaraq, siz sağlamlığı və xoşbəxtliyi seçirsiniz.Amerika psixoloqu Martin Seliqman kitablarından birində pessimistlərin və optimistlərin ən yaxşı xüsusiyyətlərindən belə bəhs edir: "Pessimist adamların təyinedici xarakteristikası ondan ibarətdir ki, onlar baş verən pis hadisələrin uzun müddət davam edəcəyinə, hər şeyin məhv olacağına inanırlar, həmçinin onların həyatlarında mənfi nə baş verirsə, öz günahları ucbatından olduğunu deyirlər. Nikbinlər isə eyni dünya çətinliklərinə qarşı çıxır, bütün uğursuzluqların açarı olduğunu düşünürlər. Onlar inanırlar ki, məğlubiyyət müvəqqətidir, bu, onların günahı deyil: vəziyyət, bəxtsizlik və ya digər insanlardır. Belə insanların məğlubiyyət narahat etmir. Pisliklərlə əhatə olunsalar belə, bunu çağırış, xəbərdarlıq kimi qəbul edirlər. Nikbin insanlar belə situasiyada sadəcə çox çalışmağın lazım olduğunu düşünürlər".

 

14. Onlar yaxşı musiqini qiymətləndirirlər. Musiqidə güc, qüvvə var. Bu güc, qüvvə massajdakı güclə müqayisə oluna bilər. Xoşagələn musiqinin seçilməsi özü mühüm faktordur. Xoş və kədərli musiqi sizin dünyanı necə qəbul etməyinizə təsir edə bilər. Bir tədqiqatda inslardan şəkildəki insanın xoşbəxt, yaxud kədərli olub-olmadığını müəyyən etmək istənilib. Əksər hallarda bu cavab verənlərin eksperimental olaraq həmin an qulaq asdığı musiqidən asılı olub. Bu isə o deməkdir ki, daha çox yüksək əhvali-ruhiyyə yaradan musiqilərə qulaq asmaq lazımdır.

 

15. Onlar şəbəkədən kənarlaşırlarSiz kompyuterdən bir müddət aralansanız, özünüzlə planşet götürməsəniz, telefonu bağlasanız, texnologiya, çoxlu informasiya, xəbərlər yenə də heç hara yoxa çıxmayacaq. Digital detoksikasiya sizin beyninizə yenilənmək və istirahət imkanı verəcək.

 

16. Onlar ruhani praktika ilə məşğul olurlarTəşəkkür, mərhəmət və şəfqət hissi istənilən dinin mühüm hissədir.  Böyük sulların qoyuluşu bizim həyatımıza məna və kontekst verir. 2009-cu ildə aparılmış tədqiqat zamanı müəyyən edilib ki, özlərinin məqsədi və həyatda yüksək məqsədi olan uşaqlar öz məqsədsiz-filansız yaşayan həmyaşıdlarından daha xoşbəxtdirlər. Və əlbəttə, söhbət təkcə dində deyil, istənilən ruhani praktikadadır.  Bizim həyatımızda müqəddəs rituallar var: meditasiya, dua. Daimi əsasda sadəcə düşünmək…günlük, həftəlik, aylıq- bu mühüm deyil. 

 

17. Onlar fiziki məşğələ ilə məşğuldurlarFiziki yük insana endorfin verir. Endorfin insanı xoşbəxt edir. Məşq depressiya əlamətlərini, gərginlyi,  böhranı aradan qaldırır. Məşq həm də bizə öz bədənimizi sevməyi və qiymətləndirməyi  öyrədir ki, bu da yaxşı əhval üçün çox vacibdir. 

 

18. Onlar gəzintiyə gedirTəbiət – ruh üçün yanacaqdır. Hətta təmiz havada 20 dəqiqəlik gəzinti belə bizim özümüzü yaxşı hiss etməyimizə səbəb olur.  Biz özümüzü süst hiss edəndə, kofe süzürük, ancaq yaxşı olardı ki, sadəcə təbiətdə gəzişək.

 

19. Yataqda oyanmaqYuxudan düzgün oyanmaq gün ərzindəki pis əhvaldan qaçmaq üçün ən vacib üsullardan biridir. Həkimlər tövsiyə edir ki, yuxudan ayılan kimi yataqdan tullanmaq və qaçmaq elə də yaxşı deyil, əksinə ayaq üstə yuxudan ayılmaq deyil, yatağın içində, uzanıqlı halda ikən oyanmaq lazımdı. Ən vacibi isə yaxşı, kifayət qədər yuxu almaqdır.

 

20. Onlar həmişə gülürSiz bu haqda yüz dəfə eşitmisiniz: gülüş ən yaxşı dərmandır. Gülüş, bizə özümüzü xoşbəxt hiss etməyə yardım edir, stress və ağrı hissini zəiflədən beyin hormonlarının düzgün istehsalını stimullaşdırır.  Yeri gəlmişkən, həmişə gülmək lazımdır.  Beyin, bədən müntəzəm məşqə reaksiya verdiyi kimi, müntəzəm gülüşə də reaksiya verir.

 

21. Onlar iri addımlarla addımlayırlar Bu metafora deyil.  Xoşbəxt insanların yerişi azad, addımları genişdir. Bu isə  beyində zəncirvari reaksiya yaradır. Biz nə qədər azad yeriyiriksə, bir o qədər xoşbəxtik. Bir sınaqdan keçirin. Kiçik addımlarla yeriyin, görəcəksdiz ki, ayaqlarınız üstə yorulmusuz. Belə olan halda özünüzü xosbəxt hiss edərsizmi? Bax bu,  odur, o... 

 

Hazırladı Nuray

 

ANN.Az 

 

 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb