Xüsusi rütbəsi olan polislərin maddi təminatı azaldıldı

09:30 | 25.06.2016
Xüsusi rütbəsi olan polislərin maddi təminatı azaldıldı

Xüsusi rütbəsi olan polislərin maddi təminatı azaldıldı

"Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib.

"Report" xəbər verir ki, Nazirlər Kabinetinin qərarına görə, "Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” 73 nömrəli qərarın 1.5-ci bəndi ləğv edilib.

Bu bəndə görə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə ödənilən dövlət rüsumunun 20 faizi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin pasport və qeydiyyat qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının ("ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək, maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülürdü.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb