XXI əsrdə göbəkkəsdi adətləri – VİDEO

22:48 | 27.09.2016
XXI əsrdə göbəkkəsdi adətləri – VİDEO

XXI əsrdə göbəkkəsdi adətləri – VİDEO

Son vaxtlar sosial şəbəkələrdə Kürdəmir rayonu Çölərəbqubalı kəndində 15 yaşlı oğlanın ailəsi tərəfindən zorla nişanlanması xəbəri əsas müzakirə mövzusuna çevrilib. 

ANN.Az məluamt verir ki, "Xəzər Xəbər” həmin ailə ilə əlaqə saxlasa da, Vasif adlı gəncin anası Natəvan xanım "bu, bizdə el adətidir” deyərək çəkilişə icazə verməyib.

Qeyd olunur ki, valideynlər hələ uşaq ikən övladlarını göbəkkəsdi ediblər və bu adət əsasında 15 yaşlı Vasif özündən 2 yaş böyük qızla nişanlanıb.

Kənd sakinlərinin əksəriyyəti bu adətin doğru olmadığı ilə razılaşıblar. 

Sakinlər özləri də bu adəti bəyənməsələr də, fakt budur ki, kənddə nə qanuna, nə də ümumbəşəri dəyərlərə sığan bu ənənə yaşadılmaqdadır. Bu isə o deməkdir ki, hələ də övladının taleyi və aqibəti ilə oynayan valideynlər qalmaqdadır... 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb