Yadplanetlilərin qalıqları tapıldı - 250 min yaşı var

11:35 | 24.10.2016
Yadplanetlilərin qalıqları tapıldı - 250 min yaşı var

Yadplanetlilərin qalıqları tapıldı - 250 min yaşı var

Rumıniyada 250 min il əvvələ aid aliminuim əşyaların yadplanetlilərə məxsus olduğu iddia edilir.

ANN.Az xarici mətbuata istinadən iddialara əsas səbəb isə aliminiumun 200 min il əvvəl tapıldığıdır. Rumıniyada 1973-cü ildə tapılan əşyalar ictimaiyyətə təqdim olunub.

Əşyalardan birinin 90% aliminiumdan ibarət olması cəmiyyət tərəfindən maraqla qarşılanıb. Əşyalar üzərində İsveçrənin Lozan şəhərindəki laboratoriyalarda araşdırma aparılıb və nəticələr təsdiqlənib.

Əşyaların külçə formasında əl işi formasında olması yadplanetlilərə məxsus olması şübhələrini artırıb.

Rumıniyada bir qəsəbədə 10 metr dərinlikdən tapılan əşyalar kommunist rejim tərəfindən gizli saxlanılırdı. Lakin İngiltərənin "Mirror” qəzeti bu haqda məqalə dərc edərək, əşyalar tapıldığını elan edib.

Əşyalardan birinin üzərində isə təxminən, 100 min il əvvələ aid olduğu ehtimal olunan məməlinin qalıqları aşkarlanıb.

Kamil ƏMİRLİ


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM