Yağış, sulu qar, qar yağacaq

14:44 | 21.11.2017
Yağış, sulu qar, qar yağacaq

Yağış, sulu qar, qar yağacaq

Bakı və Abşeron yarımadasında noyabrın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 
 
Mülayim cənub-qərb  küləyi gündüz  güclü  şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə  10-13° isti, gündüz  13-16° isti, Bakıda gecə  10-12° isti, gündüz  13-15° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  753  mm civə sütunundan  763 mm civə sütununa yüksələcək.
 
Nisbi rütubət  70-80 % olacaq.   
 
Azərbaycanın qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 5-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 1-6° isti,  gündüz 6-10° isti olacağı gözlənilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb