Yapon ukiyo-e qravürası Bakıda - FOTOLAR

16:48 | 08.10.2014
Yapon ukiyo-e qravürası Bakıda - FOTOLAR

Yapon ukiyo-e qravürası Bakıda - FOTOLAR

Lyubov QasımovaAzərbaycan Rəssamlar İttifaqının sərgi salonunda “Yapon ukiyo-e qravürasında Yaponiyanın Edo dövründəki (1603-1868-ci illər) həyatı” adlı sərgi açılıb. Bu qravür kolleksiyası Bakıya Moskvadan gəlib. Dövlət Şərq Muzeyi Azərbaycana çox gözəl və sirli Yaponiyanın incəsənətinə toxunmaq imkanını bəxş edib.Tədbirə çoxlu qonaqlar təşrif buyurub. Onların arasında bizim məşhur rəssamlarımız (Arif Hüseynov, Səlhab Məmmədov, Ziyatxan Əliyev və başqaları), Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, nazir müavini Ədalət Vəliyev, dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, həmçinin bədii kollecdə təhsil alan gənc rəssamlar, Emil Qəhrəmanovun studiyaları və sadəcə Yaponiyanı, onun mədəniyyətini sevən qonaqlar iştirak ediblər.Sərgini Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov açıb.Arif Hüseynov Şərq Muzeyinin rəhbərliyinə sərginin keçirilməsində göstərdikləri köməyə görə öz təşəkkürünü bildirib.Şərq muzeyinin direktoru Aleksandr Vsevolod Bakının, Azərbaycanın və bakılıların ünvanına təbrik nitqi ilə çıxış edib.Sərgidə müxtəlif yapon qravüra janrının təmsilçilərindən - Kiyomitsu, Kiyenaqa, Kunimasa, Syaraku, Masanobu, Hokusai, Toyoxaru, Utamaro, Hirosiqe, Hokusai və Eysinin əsərləri nümayiş olunub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM