Yaponiya Rusiyaya qarşı yeni sanksiyaları açıqladı

14:42 | 29.04.2014
Yaponiya Rusiyaya qarşı yeni sanksiyaları açıqladı

Yaponiya Rusiyaya qarşı yeni sanksiyaları açıqladı

Yaponiya hökuməti Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı əlavə sanksiyaları açıqlayıb. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.
Sanksiyalar Rusiya Federasiyasının rəsmi strukturlarının nümayəndələrinə və digər şəxslərə - ümumilikdə 23 nəfərə Yaponiyaya giriş üçün vizaların verilməsinin müvəqqəti dayandırılmasını nəzərdə tutur. Məlumata görə, onların siyahısı daha sonra açıqlanacaq.
Qeyd edək ki, Yaponiya Rusiyaya qarşı ilk sanksiyalar paketini martın 18-də tətbiq edib. Sanksiyalar paketi RF-nin Krıma qarşı münasibətilə əlaqədar qəbul edilib.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb