YARAT “Uçmağı bizimlə öyrən” uşaq festivalı keçirib - FOTO

18:04 | 13.09.2016
YARAT “Uçmağı bizimlə öyrən” uşaq festivalı keçirib - FOTO

YARAT “Uçmağı bizimlə öyrən” uşaq festivalı keçirib - FOTO

YARAT Müasir İncəsənət Mərkəzi tərəfindən "Uçmağı bizimlə öyrən” adlı maraqlı uşaq festivalı keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, "Uçmağı bizimlə öyrən” festivalı uşaqlara xəyal etmək və yaratmağı öyrətməklə onların gələcəyini daha parlaq olmasına çalışıb. Uşaqları macəra və həyəcan dolu bir gün yaşayıblar!

Onlar meyvə və tərəvəzlərdən ləzzətli və sağlam yeməklər və içkilər hazırlamağı təcrübədən keçiriblər.

Hər bir uşağa şarlar, musiqi və cizgi filmləri ilə bayram əhval-ruhiyyəsi yaşadılıb.

Festivala giriş sərbəst olub.

Festivalın proqramına uyğun olaraq, əvvəlcə açıq havada uşaqlar üçün yoqa dərsi olub. Daha sonra festival açıq havada rəsm dərsi, küləklə rəqs, çrpələnglərin uçurdulması, uşaq əsərlərinin sərgisi, qida incəsənətinin nümayişi, animasiya filmlərinin nümayişi, aktyorluq dərsi, uşaq orkestrinin çıxışı və sairə maraqlı proqramla davam edib.








www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM