Yardımlıda yeni körpü istifadəyə verildi

21:51 | 15.07.2016
Yardımlıda yeni körpü istifadəyə verildi

Yardımlıda yeni körpü istifadəyə verildi

"Azəravtoyol” ASC tərəfindən Yardımlı rayonunda yeni körpü inşa edilib.

ANN.Az "Azəravtoyol” ASC-yə istinadən xəbər verir ki, sözügedən avtomobil körpüsü Separadi-Teşkan avtomobil yolunun 3-cü km-də Viləş çayı üzərində inşa edilərək vətəndaşların istifadəsinə verilib.

Tikilmiş körpünün uzunluğu 12 metr, eni 4 metrdir.

Qeyd edək ki, son aylar ərzində Separadi-Teşkan avtomobil yolundan başqa Lerik rayonu ərazisində Təbrizli kəndinə giriş avtomobil yolunun 1-ci km-də Lənkəran çayı üzərində, Astara rayonu ərazisində Siyakü-Şəmətük avtomobil yolunun 7-ci km-də Veravul çayı üzərində, Lənkəran rayonunda Mollaoba avtomobil yolunun 2-ci kilometrində Veravul çayı üzərində də yeni avtomobil körpüləri inşa edilərək vətəndaşların istifadəsinə verilib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM