Yaşam indeksinə görə Azərbaycan neçənci yerdədir?

19:32 | 29.06.2020
Yaşam indeksinə görə  Azərbaycan neçənci yerdədir?

Yaşam indeksinə görə Azərbaycan neçənci yerdədir?

ABŞ-ın məşhur "Ceoworld" nəşri 132 dövləti əhatə edən "2020-ci il dünyanın ən bahalı ölkələri” araşdırmasının nəticələrini açıqlayıb.
 
"Report” xəbər verir ki, Azərbaycan 29,92 balla yaşam indeksi ilə siyahıda 120-ci sırada qərarlaşıb.

Araşdırmaya görə, qonşu ölkələrdən Gürcüstan (28,48 bal) 123-cü, Ermənistan (32,84 bal) 109-cu, Türkiyə (34,69 bal) isə 102-ci sırada qərarlaşıb.

Qeyd edək ki, siyahının ilk 3 sırasında İsveçrə (122,4 bal), Norveç (101,43 bal), İslandiya (100,48 bal), son 3 sırada isə Pakistan (21,98 bal), Əfqanıstan (24,24 bal), Hindistan (24,58 bal) qərarlaşıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb