Yaşar Vahabzadə istefaya göndərildi

13:17 | 29.08.2022
Yaşar Vahabzadə istefaya göndərildi

Yaşar Vahabzadə istefaya göndərildi

Gəncənin "Kəpəz” klubu baş məşqçisi Yaşar Vahabzadə ilə müqaviləyə xitam verib. Vu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Yaşar Vahabzadə ilə yanaşı, onun köməkçiləri də komandadan göndərilib.
 
Gəncə təmsilçisinin açıqlamasında bildirilib.
 
"Klubumuzun rəhbərliyi əsas komandanın baş məşqçisi Y.Vahabzadə ilə görüşüb. Görüşdə komandanın nəticələri təhlil olunub və qarşılıqlı razılıq əsasında Yaşar Vahabzadə, eləcə də məşqçilər korpusuna daxil olan məşqçilər ilə müqaviləyə xitam verilib”.
 
Yaşar Vahabzadə 2019-cu ildən "Kəpəz”i çalışdırırdı.
 
 "Kəpəz" bu mövsüm Premyer Liqada keçirdiyi 4 oyunun hamısında uduzub və komanda sonuncu - 10-cu pillədə qərarlaşıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM