Yəmən sülh danışıqları başlanır

18:37 | 21.04.2016
Yəmən sülh danışıqları başlanır

Yəmən sülh danışıqları başlanır

Aprelin 21-də Küveytdə BMT-nin vasitəçiliyi ilə Yəmən sülh danışıqları başlanır.

Məqsəd Səudiyyənin dəstəklədiyi hökumətlə İranın dəstək verdiyi husi yaraqlıları arasındakı münaqişəni həll etməkdir.

Aprelin 18-nə planlaşdırılan danışıqlar təxirə salınmışdı, husi nümayəndə heyəti Küveytə gəlməmişdi.

Aprelin 10-dan Yəməndə atəşkəs qüvvəyə minib, ancaq tərəflər bir-birini onu pozmaqda ittiham edir.

Bu münaqişədə 6 min 400-dən çox insan həlak olub, 2.8 milyon nəfər evindən didərgin düşüb. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb