Yəməndə ölənlərin sayı 60-a çatdı - YENİLƏNİB

18:33 | 30.10.2016
Yəməndə ölənlərin sayı 60-a çatdı - YENİLƏNİB

Yəməndə ölənlərin sayı 60-a çatdı - YENİLƏNİB

Ərəb ölkələri koalisiyasının Yəmənin qərb şəhəri Hüdeydə endirdiyi hava bombardmanları nəticəsində ölənlərin sayı 60-a çatıb.

"Report"un məlumatına görə, bu barədə "France Presse" yerli həkimlərə istinadən xəbər yayıb.

"Ölənlərin ümumi sayı 60 nəfərdir. Onlarla insan yaralanıb", - deyə yerli səhiyyə orqanının nümayəndəsi bildirib.

Qeyd edək ki, bundan əvvəl bombardmanlar nəticəsində 45 nəfərin öldürüldüyü bildirilirdi. 

---------

12:02

Ərəb ölkələri koalisiyası hərbi qüvvələrinin Yəmənin qərbində yerləşən və husilərin nəzarəti altında olan Hudeydə şəhərinə endirdikləri hava zərbələri nəticəsində həlak olanların sayı 45 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər yayıb.

Məlumata görə, koalisiya qüvvələri hava zərbələrini şənbə günü, gecə saatlarında endiriblər. Ölənlər arasında üsyançılarla yanaşı, şəhərdəki həbsxananın məhbusları da var.

Agentliyin xəbərində bildirilir ki, bombardmana məruz qalmış həbsxanada 80-ə yaxın məhbus olub. Bombardmanları zamanı burada 3 partlayış baş verib.

Qeyd edək ki, ilkin məlumatda 30 nəfərin öldüyü bildirilirdi.

Yəməndə vətəndaş qarşıdurması 2014-cü ildən davam edir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb